Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır.
Yunan dili | |
---|---|
Orijinal adı | Ελληνικά [e̞ˌliniˈka] |
Ölkələr |
Yunanıstan, Kipr icmalar: Abxaziya, Azərbaycan, Avstraliya, Albaniya, Ermənistan, Böyük Britaniya, Almaniya, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Rumıniya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, İsveç |
Rəsmi status |
Yunanıstan, Kipr, Aİ milli azlıqların dili: İtaliya, Albaniya |
Danışanların ümumi sayı | 13 milyondan çox[1] |
Reytinq | 68[2] |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | yunan əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | гре 157 |
ISO 639-1 | el |
ISO 639-2 | gre (B); ell (T) |
ISO 639-3 | ell |
ISO 639-5 | grk |
ABS ASCL | 2201, 22 |
IETF | grk |
Glottolog | gree1276 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir.
1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb. Yaradılmasında məqsəd müasir yunancanın qədim yunancaya uyğunlaşdırılması və türkcə sözlərdən dili təmizləmək idi. 1976-cı ildə rəsmi dil kimi bu ləhcənin istifadəsi aradan qaldırılır.
Yunancanın Dor ləhcəsinin davamıdır. Yunanıstanın Mora yarımadasında 3000-dən çox insanın ana dilidir.
Romeika ləhcəsi də deyilir. 19-cu əsrdən bu ləhcə "Qara Dənizə məxsus" ləhcə olaraq "Pontiaka" adlandırılır. 1923-cü il köçündən sonra Türkiyədən Yunanıstana köçürülənlər, əsasən Şimali Yunanıstanda yaşayanlar, Qara dəniz bölgəsində Trabzon, Rizə və s. illərdə yaşayan rumlar bu ləhcədə danışır.
İtaliyanın Yunanıstana yaxın Apuliya və Kalabriya bölgələrində danışılır. Qədim dövrlərdə buralarda koloniyalar qurmuş yunanlar tərəfindən danışılır.
Yevanik (ivritcə: Yevan-Yunan) uzun illər yəhudi yunanlar tərəfindən istifadə olunub. Yazıda ivrit əlifbası ndan istifadə olunub. İndi demək olar ki, bu ləhcədən istifadə edənlər assimilyasiya olunublar. Çox az sayda insan istifadə edir. 1987-ci ildə aparılan araşdırmalara görə 35-i İsraildə olmaqla, dünyada 50 nəfər bu dili bilir.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |