Fizuli Hüseynov (həkim-fitoterapevt)

Hüsenov Fizuli Məmməd oğlu - Həkim-fitoterapevt, Herba Flora şirkətinin həmtəsisçisi.

Fizuli Hüseynov
Doğum tarixi (50 yaş)
Doğum yeri Naxçıvan MR, Kəngərli ray., Qabıllı kəndi
İxtisası Həkim-Fitoterapevt, infeksionist
Təhsili Azərbaycan Tibbi Universiteti
fizulihuseynov.com/blog/

Həyatı[redaktə | mənbəni redaktə et]

Fizuli Hüseynov 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qabıllı kəndində anadan olub.[1] 1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirmiş, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsindən məzun olmuşdur. İxtisasca İnfeksionistdir. 1998-ci ildə Herba Flora şirkətini təsis etmiş, hal-hazırda həmin şirkətin aparıcı mütəxəssisi və Herba Medical Tibb Mərkəzinin Baş Həkimi vəzifəsində fəaliyyət göstərir.

Kitabları[redaktə | mənbəni redaktə et]

"Təbibim yanımda", "Hicama" və "Zəli müalicəsi" adlı kitabların müəllifidir[2]. Şəxsi bloqunda[1] xalq təbabəti, təbii müalicə üsulları barədə məqalələr paylaşmaqdadır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Fizuli Hüseynov. "Fizuli Hüseynov Bloq". https://fizulihuseynov.com/ (az.). 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  2. "Fizuli Hüseynov - Təbibim yanımda". https://kitabevim.az/ (az.). 2022-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-04.