Herba Flora — bitki tərkibli məhsulların istehsalını həyata keçirən Azərbaycan şirkətdir. İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan Herba Flora şirkəti 24 ildir fəaliyyət göstərir.[1]
Herba Flora | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye | İstehsalat |
Təsis tarixi | 25 May, 1998 |
Baş qərargahın yeri |
Bakı şəh., Qobu qəs., Güzdək yolunun üstü AZ0117 |
Struktur | |
İşçi sayı | 247 |
Rəhbərlik | |
Təsisçi |
Rəşad Ağayev Fizuli Hüseynov |
herba-flora.com |
1998-ci il 25 may tarixində Rəşad Ağayev və həkim-fitoterapevt Fizuli Hüseynov tərəfindən təsis edilmişdir.
Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir.
Yaradıldığı gündən etibarən müalicəvi bitkilər, bitki yığıntıları, müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, şərbətlər, müalicəvi xınaları, təbii gillər, müalicəvi yağlar, şampunlar, drajelər, saç və dəriyə qulluq vasitələri olmaqla toplamda 250-dən çox məhsul istehsal etməyə nail olmuşdur.
İstehlak bazarına çıxarılan məhsulların istehsalında, yerli bazardan əldə olunan bikilərlə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa, Hindistan, Çin, Misir və digər ölkələrdən idxal olunan dərman bitkiləri də istifadə edilir. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir. İstehsal olunan məhsulların hər biri respublika üzrə bütün bölgələrdə fəaliyyət göstərən apteklərdə satışa təqdim olunur.
Şirkətin məsləhətçiləri arasında, 1990–2017-ci illər ərzində ATU-nun Farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışmış, 160-dan çox elmi əsər, 13 ixtiranın müəllifi olan əczaçılıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Yusif Kərimov və Əczaçılıq fakültəsinin baş müəllimi, 30-dan çox elmi məqalənin, 15 patentin müəllifi dosent Sərxan Tağıyev yer alır.
Şirkət daxilində fəaliyyət göstərən laboratoriyada 3 laborant, 3 köməkçi laborant, 2 texnoloq və əczaçı çalışmaqdadır.
Herba Flora şirkəti beynəlxalq GMP standartı, İSO 22000:2018, İSO 9001:2015 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. İstehsal olunan məhsulların Halal sertifikatı mövcüddür.
Şirkətin mağazalar şəbəkəsi olan FitoClub, Herba Flora məhsulları, təbii bitkilər və bitki tərkibli vasitələrin satışını həyata keçirir.
Herba Flora istehsalı məhsullarla yanaşı olaraq, arı məhsulları, müxtəlif məcunlar, nadir tapılan bitkilər və bitki tərkibli kosmetik vasitələrin satışını həyata keçirən mağazalar şəbəkəsidir.
Herba Flora şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Şirkət həmçinin, Tibb Universitetində keçirilən konfrans və seminarlara, çap olunan dərs vəsaitlərinə təşkilati dəstək göstərir.
Herba Flora şirkəti 2013-cü ildə "Gözəllik sərgisi", 2009, 2010, 2011, 2012, 2014, 2015, 2016-cı illərdə baş tutan "Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgisi"-nin iştirakçısı olmuş, "Ən yaxşı məhsul nümayişi", "Ən yaxşı korporativ stil" və "Ən uzunmüddətli iştirakçı" sertifikatlarına layiq görülmüşdür. 2022-ci ildə, Naxçıvan Muxtar Respublikasında keçirilən "Birinci Beynəlxalq Tibb Forumu"[2], Şuşa şəhərində keçirilən "Dağ-səhra şəraitində xəstələrin təxliyəsi və təcili cərrahiyəsi" konfransı[3] və Türkiyənin Antalya şəhərində təşkil olunan "28-ci Beynəlxalq Qida və İçki Sərgisi[4]"-də təmsil olunmuşdur[5].
Herba Flora şirkətinin rəsmi Instagram[6], Facebook[7], YouTube[8] və Twitter[9] hesabları mövcuddur.