Flüvioqlyasial proseslər

Flüvioqlyasial proseslər (rus. флювиогляциальные процессы, ing. fluvioglacial processes) — bilavasitə buzlağın örtük və dağ kənarına söykənən yaxud buzlağın öz daxilində yerləşən quru sahələrdə, buzlaq sularının faəliyyəti nəticəsində baş verən, proseslər. Onlara morenlərin yuyulması, çeşidlənməsi və daşınması, yuyulmuş moren materiallarının akkumulyasiyası, buzlaqaltı çöküntülərin gətirmə konusları, buzlaq sularının yaratdığı ilkin dərələr, marginal kanallar, ozlar, kamlar, zandr düzənlikləri və digər relyef formaları aiddir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geomorfoloji Terminlərin İzahlı lüğəti Bakı 2012 səh.105