Flanan adaları

Flanan adası (ing. Flannan Isles) - Şotlandiyanın ərazisinə daxil olan arxipelaq. Digər bir adı Yeddi ovçu adasıdır. Adalar Şotlandiya sahillərindən 32 km (20 mil) məsafədə yerləşir.

Flanan adaları
Na h-Eileanan Flannach
Ümumi məlumatlar
Sahəsi
  • 0,59 km²
Hündür nöqtəsi 88 m
Yerləşməsi
58°17′ şm. e. 7°35′ q. u.HGYO
Ölkə
Flanan adaları xəritədə
Flanan adaları
Flanan adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Flanan adaları VII əsrdə yaşamış irland din xadimi və abbatı Müqəddəs Flananın şərəfinə adlandırımışdır. 56 hektar ərazisi olan ada da eyni adlı mayak yerləşir. 1899-cu ildə inşa olunan və 1971-ci ilə qədər istifadə edilən Flanan mayakında 1900-cu ildə baş vermiş mistik hadisədən sonra Flanan adasının məşhurluğu artmışdır. Ərazidən keçən yük gəmilərinə yol göstərmək vəzifəsini icra edən üç mayak işçisi 1900-cu ilin dekabr ayında mistik şəkildə itkin düşmüşdür. Həmin tarixdən etibarən mayakçıların heç bir izinə rast gəlinmədi. Məşhur hadisədən 71 il sonra da fəaliyyət göstərən mayakın istifadəsi 1971-ci ildə dayandırılmışdır. Flanan adasında daimi yaşayış mövcud deyil.