Flash TV (tam adı: Flash Televiziyası, türk. Flash Televizyonu, tələffüzü: Fleş TV) — Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Grupun nəzdində fəaliyyət göstərən Türkiyənin ikinci özəl televiziya kanalı. 1992-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyə, Şimali Kipr və Azərbaycandır.
Flash TV | |
---|---|
| |
Ölkə | Türkiyə |
Yayım ərazisi |
Türkiyə Kipr Azərbaycan |
Dil | Türk dili |
Baş qərargah |
Bursa (1992—2000) İstanbul (2000—h.h) |
Yaranma tarixi |
15 oktyabr 1992 (Test yayımı) 26 yanvar 1993 (Normal yayım) |
Sahibi | Ömər Ziya Göktu |
Sayt | flashtv.com.tr |
Flash TV, 1992-ci ildə test yayımına, 1993-cü ildə isə Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Qrupun nəzdində Bursa şəhərində normal yayıma başlamışdır. Yerli yayım aparan kanalın İstanbulda studiyaları var idi. Gerçək Kəsit proqramı Bursada çəkilmişdir. Proqramda real həyatda baş verən hadisələr efirə verilirdi. Serialda Cahid Qaşıqçılar, Mehmet Vanlıoğlu, Nəvzad Çiftçi, Cavad Dinçər, Zəki Bıçaqçı, Məsud Haqyeməz, Bərat Dəmirəyər kimi Bursalı aktyorlar rol almışdır. Bundan başqa, kanalda Tap On adlı bir musiqi proqramı da yayımlanmışdır. Bu proqramsa 1990-cı illərdə məşhuş olan türk-dilli mahnıların sözlərini yenidən yazaraq gülməli mahnılar hazırlamışdır. 2000-ci ildə kanalın yayım mərkəzi və studiyaları İstanbula köçürülmüşdür. Bir vaxtlar, kanalın xəbər proqramını jurnalist Savaş Ay aparmışdır. Flash TV 2000-ci illərin əvvələrində musiqi kanalına çevrilmiş, Kral TV ilə birlikdə ölkə səviyyəsində musiqi yayımlayan iki kanaldan biri olmuşdur. Kanal sonrakı illərdə yenidən ümumi məzmunlu əyləncə kanalına çevrilmişdir. Flash TV, Türkiyədə evlilik proqramlarının başlamasında qabaqcıl olmuşdur. Kanal ilk olaraq, Əsra Ərolun aparıcı olduğu Dəsti İzdivaç proqramını yayımlamışdır. Kanalda bundan başqa, muğənni Latif Doğanın aparıcılıq etdiyi Küstüm Show proqramı yayımlanırdı. Flash Xəbər proqramını həftəiçi hər gün Yalçın Çakır, həftəsonuysa İlkər Ağqurd aparır. Gecə xəbərlərini illərdir Gökxan Daşqın aparır. Bursa şəhərinin ilk yüksək mərtəbəli ticarət mərkəzi olan Tower Plaza, Flash Tv kalanına aiddir.[1][2]
Flash TV HD kanalı Flash TV-də yayımlanan bütün proqramları yüksək keyfiyyətdə yayımlayırdı. Kanal qısa bir zaman ərzində bağlanmışdır.
Flash Xəbər televiziya kanalının ən köhnə proqramlarından biridir. İşçilərin siyahısı:
Həftə içi yayımlanan xəbər proqramının aparıcıları:
Həftə sonu yayımlanan xəbər proqramının aparıcıları:
flashtv.com.tr — Flash TV kanalının rəsmi saytı