Savaş Ay (26 mart 1954, İstanbul – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri.
Savaş Ay | |
---|---|
Doğum tarixi | 26 mart 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2013 (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | baş və boyun şişləri[d] |
Dəfn yeri |
|
Uşağı | 2 |
Fəaliyyəti | fotoqraf, jurnalist, fotojurnalist, aktyor, kinorejissor, ssenarist |
Fəaliyyət illəri | 1974-cü ildən |
Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb.
İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi.
Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib. Həmçinin bir müddət tanınmış jurnalistə danışmaq da qadağan edilib. Əlbəttə ki, öz səsiylə pul qazanan birisi üçün bu çox çətin olsa da, həklimlər ona bu qadağalara əməl etməzsə qırtlağının kəsiləcəyini deyiblər. Bir daha bəlkə heç danışa bilməycəyi deyildiyində kədərini ağlayaraq deyil, müəyyən bir nöqtəyə baxaraq ifadə edib.
Proqramının davam etməsi üçün hər həftə bir məşhur dostundan aparıcılıq etməsini xahiş edib. Dostları da onun təklifini məmnuniyyətlə qəbul ediblər. Ancaq sonradan buna ehtiyac qalmayıb. Savaş Ay ən son "A Xəbər"ə müxbirlik etsə də, səs sistemində olan bir problemə görə ancaq pıçıltıyla danışa bildirdi.