Fleetway Publications

Fleetway Publications — keçmiş Böyük Britaniya nəşriyyatı. Nəşriyyat 1959-cu ildə "Mirror Group" jurnalı "Amalgamated Press" nəşriyyatını satın aldıqdan sonra London şəhərində təsis olunmuşdur. Nəşriyyat 1963-cü ildə "IPC Media" ilə birləşmiş, ancaq 1968-ci ilə qədər "Fleetway" adından istifadə etməyə davam etmişdir.[1]

Fleetway Publications
Ölkə  Böyük Britaniya
Yaranma tarixi 1959
Ləğv olunma tarixi 2002
Qurucu Alfred Harmsuort
Əvvəlki Amalgamated Press
Sonrakı Egmont
Qərargah London
Nəşrlər
Janr

"IPC" jurnalı komikslərinin hüquqları "Fleetway Publications" adı altında Robert Maksvellə satmışdır. "Egmont UK" şirkəti "Fleetway Publications" nəşriyyatını Maksvelldən satın almış və öz nəşriyyatları olan "London Editions" ilə birləşdirmiş, "Fleetway Editions" nəşriyyatını təsis etmişdir, ancaq 2002-ci ildə "Fleetway" adı nəşriyyatın nəşr etdiyi komikslərdə verilməməyə başlamışdır.[1]

  1. 1 2 "AP/Fleetway: A Potted History". www.dandare.info (ingilis). Kerschner & Taylor. 24 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]