Komiks (ing. comic — gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır.[1]
Katsuşika Hokusayın manqası (XIX əsr əsr)
Rodolf Töpfferın Histoire de Monsieur Cryptogame (1830)
Riçard F. Autklodun Sarı Uşaq (1898)
Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla qetmişlər.[2]
Vaxtaşırı komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı[3] və əsasən rəngli şəkildə çıxırlar.[4] Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar;[5] Yaponiyada bunlar adətən ağ-qara olurlar.[6] Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər.[7]