Flora Purim

Flora Purim (6 mart 1942[1][2], Rio-de-Janeyro[1]) — cazmen.

Flora Purim
Ümumi məlumatlar
Doğum tarixi 6 mart 1942(1942-03-06)[1][2] (82 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, cazmen
Fəaliyyət illəri 1960-h.h
Janr Caz
Musiqi alətləri zərb alətləri[3]
Albom şirkətləri Milestone, Warner Bros., ECM, CTI
Mükafatları Riu Branku ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1942-ci il martın 6-da Rio de Janeyroda musiqiçilər ailəsində anadan olmuşdur. Onun atası əslən Ukraynadan olub Rio de Janeyro Simfonik Orkestrinin aparıcı skripkaçısı, anası isə klassik pianoçu idi. Flora 8 yaşında ikən fortepiano dərsləri alır, sonra gitara çalmağa başlayır və daha sonra Hermeto Paskoalın rəhbərliyi ilə səsini cilalayaraq səs diapazonunu üç oktavadan altı oktavaya çatdırır.

1960-cı illərin ortalarında Paskoal və perkussiyaçı Airto Moreira Braziliyanın "Quarteto Novo" qrupuna rəhbərlik edirdi. Bu qrup cazla radikal "protest" mahnılarının qarışığından ibarət bir repertuar ifa edirdi. Flora Airto ilə tanış olandan az sonra (əvvəlcə onlar heç cür dil tapa bilmirdilər) hər ikisi başa düşdü ki, bir-birinə ideal yaraşırlar və buna görə də həm möhkəm ailə qurdular, həm də yaradıcılıq əməkdaşlığını möhkəmlətdilər. Beləliklə, dünyada ən yaxşı perkussiyaçılardan biri ilə dünyada ən yüksək səviyyəli caz müğənnisi — Moreira və Pürim öz yaradıcılıq potensiallarını birləşdirdilər: onlar 30 il ərzində müntəzəm olaraq birgə qastrol səfərlərinə çıxmış, birgə albomlar yazdırmışlar. 1967-ci ildə Braziliyada hərbi çevriliş baş verəndən sonra mahnıların mətnlərinə senzur tətbiq ediləndə bu ər-arvad köçüb Amerika Birləşmiş Ştatlarına gedir və orada yerli caz səhnəsinin ayrılmaz tərkib hissəsinə çevrilirlər, yetmişinci illərin elektron caz musiqisi tarixində ilk uğurlu kommersiya albomlarını buraxırlar. Stend GetzBill Evans kimi musiqiçilərlə əməkdaşlıq etməyə başlayan Flora onlarla birlikdə bütün Avropanı gəzib dolaşır, öz vokal repertuarını inkişaf etdirir və zənginləşdirir, sonra isə "Return to Forever" adlı albomda Çik Korea, Airto, Stenli KlarkCo Farell ilə birgə çıxışlar edir. 70-ci illərdə Flora Pürim Karlos SantanaCenis Coplin ilə görüşür, Kaliforniyada keçirilən Open-air festivallarında onlarla birgə çıxış edir, Korea və Airtonun bir neçə klassik albomunun, o cümlədən "Light as a feather" albomunun yazılışında iştirak edir. Floranın ifası barədə danışanda, onu başqa caz vokalçıları ilə müqayisə etmək düzgün olmazdı, çunki onların əksəriyyəti oxuduqları mahnının mətninə bağlanır, improvizə dilini sketlə məhdudlaşdırırlar. Flora isə öz səsinin bütün potensial imkanlarından istifadə edir, bəzən qeyri-adi səslərin geniş palitrasının xeyrinə sözlərə o qədər əhəmiyyət vermir. Lakin bu halda — istər delfinlərin səsini imitasiya edəndə, istərsə də çılğın qəhqəhələrlə güləndə bütün başqa məqamlar musiqiyə və ritmikaya tabe edilir.

" Müğənni "Straight to Chaser" jurnalına müsahibəsində demişdir: "Mən balladalar oxumuram. Mən sözləri oxuyanda onları təbii şəkildə təsəvvür edirəm, lakin özümə sərbəstlik verməyi üstün tuturam, çunki mətn fantaziyanı məhdudlaşdırır, musiqi özü öz əvəzindən danışmalıdır". "

Qremmi mükafatı

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə Flora öz əri ilə birlikdə "The Magicians" adlı yeni albom yazdırır və bu albom Qremmi mükafatına nominant kimi təqdim edilir. 1992-ci ildə Flora bu uğurunu təsdiqləyir: həmin il onun iştirakı ilə yazılmış iki albom — "Grateful Dead" qrupunun təbilçisi Mikki Xart ilə birgə yazılmış "Planet Drum" ("World stilində ən yaxşı albom" nominasiyasında) və "The Dizzy Gillespie United Nations Orchestra" ("Ən yaxşı caz albomu" nominasiyasında) albomları Qremmi mükafatına layiq görülür. Ümumiyyətlə, Dizzy Floranın həyatında mühüm rol oynamış, hər şeydən əlavə, onu Bahailərin dini ilə tanış etmişdir. Sonrakı dörd ildə Flora cazda ən yaxşı qadın vokalına görə iki dəfə Qremmi mükafatına layiq görülmüş və "Downbeat" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə ən yaxşı müğənni seçilmişdir. 1993-cü ildə Airtonun təşkil etdiyi "Forth World" latın cazı qrupuna Airtonun özündən və Floradan əlavə, istedadlı gitaraçı Joze Neto və klavişli alətlərdə mahir ifası ilə ad çıxarmış Geri Mik də daxil idi. Bu hadisə müğənninin karyerasında yeni mərhələyə çevrildi.

Yeni leyblin himayəsi altında Flora yenidən populyarlaşdı. Bu unikal heyət öz zəmanəsini xeyli qabaqlamışdı. Perkussiyanın zəngin imkanlarından və latın vibrasiyalarından gen-bol istifadə edilən world janrı ilə caz-rokun hibridi olan bu qrupun son uğuru "Last Journey (BW 2122)" albomu sanki növbəti albomun — Ronni Skott ilə birgə yazılmış "Little Tear" albomunun müjdəçisi idi. Floranın Londondakı "The Forum" arenasında uğurlu çıxışları, eləcə də onun Gil Piterson və Patrik Forc ilə əməkdaşlığı sayəsində həm Flora, həm də Airto "Acid Jazz" stilində yazılmış bir neçə albomun iştirakçılarına çevrildilər. Bu albomlar arasında Ceyms Teylorun kvarteti ilə birgə yazılmış "Supernatural Feeling" albomu və "Urban Species" üçün yazılmış "Listen" albomu xüsusi qeyd edilməlidir. Floranın M. E. L. T leyblində yazdırdığı "Speed of Light (BW044)" albomu isə Endrü Missinqham tərəfindən remiks edilmişdir. "Speed of Light" albomu Floranın müstəqil solist rolunun bərpası demək oldu. Bu albomdan sonra Flora mərasim mahnıları oxumaqdan üz döndərərək fleytaların, perkussiyanın və yumşaq elektron səslərin aşkar duyulduğu yüngül "salsa" janrına üz tutdu. Flora özü həmin albom barədə belə demişdir: "Bu, ifaçılıq baxımından vokal albom deyil və deməzdim ki, həmin albom mənim səsimin imkanlarını nümayiş etdirir. Çox güman ki, bu albomun özünün kompozision quruluşuna və mənim bütün həyatımın saund-treki olan musiqiyə fikir vermək lazımdır". İki səsyazma studiyasında — Santa Barbaradakı "Sound Design" studiyasında və səs rejissoru Ceoff Ciletin rəhbərliyi ilə Piter Qebrielin "Real world" studiyasında yazılmış "Speed of Light" albomu Floranın bir illik işinin yekunu oldu. Bir sıra müxtəlif stil və cərəyanların uzlaşdırılmasının nəticəsi olan həmin albomun yazılmasında iştirak etmiş musiqiçilər arasında "konqa" alətində çalan kubalı Çankuito, həmçinin Covanni Xidalqo və Billi Kobem kimi adlı-sanlı ifaçılar var. Elə həmin dövrdə Flora yenidən Londondakı gənc caz həvəskarlarının diqqətini cəlb edir. Həftənin bazar günlərindən birində Flora "Dinwalls" klubuna baş çəkir: eşitmişdi ki, bu klubda Gills Pitersonun seyşni olmalıdır. Buraya gəlməkdə məqsədi də həmin faktı şəxsən yəqin etmək idi. Dicey "Samba de Flora" mahnısını səsləndirəndə rəqs meydançası az qala partlayacaqdı! 1995-ci ilin aprel ayında "Jazz On CD" jürnalına müsahibə verərkən Flora həmin hadisəni xatırlayaraq demişdi: "Zaldakı tamaşaçıların hamısı yerlərindən sıçradı və sanki özlərindən asılı olmadan, mexaniki tərzdə rəqs etməyə başladı. Mən buna inana bilmirdim!".

Floranın 70-ci illərdə yazılmış iki solo albomu bu yaxınlarda yenidən işıq üzü görmüşdür: 1979-cu ildə yazılmış "Carry On" albomu 1998-ci ildə "Warner Music" leyblində, 1974-cü ildə yazılmış "500 Miles High" albomu isə 1999-cu ildə "Fantasy" leyblində ikinci dəfə "dünyaya gəlmişdir". Müğənninin 2001-ci ilin may ayında M. E. L. T. leyblində buraxılmış albomu "Flora Purim Sings Milton Nascimento" (Flora Pürim Milton Nassimentonun mahnılarını ifa edir) adlanır. Floranın özünün təbirincə desək, "bu albom təkcə Miltona ithaf olmayıb, həm də ona əbədi və təmənnasız məhəbbətimin ifadəsidir"

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • 1964: Flora e MPM (RCA Brasil)
  • 1973: Butterfly Dreams (Milestone)
  • 1974: 500 Miles High" (Milestone Records)
  • 1974: Stories to Tell (Milestone Records)
  • 1976: Open Your Eyes You Can Fly (Milestone Records)
  • 1976: Encounter (Milestone Records)
  • 1977: Nothing Will Be as It Was… Tomorrow (Warner Brothers)
  • 1978: Everyday Everynight (Warner Brothers)
  • 1978: That’s What She Said (Milestone Records)
  • 1979: Carry On (Warner)
  • 1980: Love Reborn (Milestone Records)
  • 1988: The Midnight Sun (Virgin)
  • 1992: Queen of the Night (Sound Wave)
  • 1995: Speed of Light (B&W Music)
  • 2000: Flora Purim sings Milton Nascimento (Narada)
  • 2001: Perpetual Emotion (Narada)
  • 2003: Speak No Evil (Narada)
  • 2005: Flora’s Song (Narada)

Airto Moreira ilə

  • 1972: Free (CTI)
  • 1973: Fingers (CTI)
  • 1974: Virgin Land (Salvation)
  • 1977: I’m Fine — How Are You? (Warner)
  • 1985: Three Way Mirror (Reference Recordings)
  • 1985: Humble People (Concord)
  • 1986: The Magicians (Concord Crossover)
  • 1988: The Colours of Life (In+Out)
  • 1989: The Sun Is Out (Concord)
  • 2001: Wings of Imagination (2 CD Concord)

Return to Forever ilə

Fourth World ilə

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #134489764 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Flora Purim // SNAC (ing.). 2010.
  3. Montreux Jazz Festival Database.