Floris (Florent) de Eno (fr. Floris (Florent) de Hainaut; təq. 1255 – 23 yanvar 1297) — 1289-cu ildən 1297-ci ilə qədər hakimiyyətdə olmuş Axeya knyazı.
Floris de Eno | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1255 |
Vəfat tarixi | 23 yanvar 1297 |
Həyat yoldaşı | |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Floris Jan d'Aven və Hollandiyalı Adelaidanın kiçik oğlu idi. Atasından Zelandiyada ştathalterliyini almışdır. Zelandiyanı tərk edən Floris 1287-ci ildə Neapol kralı II Karlın xidmətinə daxil olmuşdur. Araqona qarşı müharibədə fərqlənmış və Karl tərəfindən Siciliya konnetablı təyin olunmuşdur. Floris 1289-cu ildə İzabella de Villarduen ilə evlənmişdir. Axeya knyazlığında nizam-intizamı bərpa etmək istəyən və baronların istəklərinə qulaq asan Karl Floris və İzabellanın toyu günü onlara Axeya knyazı və knyaginyası titulları vermişdir.[1]