İzabella de Villarduen

İzabella de Villarduen (fr. Isabelle de Villehardouin; 12631312, Hollandiya qraflığı) — 1289-cu ildən 1307-ci ilə qədər hakimiyyətdə olmuş Axeya və Moreya knyaginyası. O, II Gilyom de VillardueninAnna Komnina Dukinyanın qızı olmuşdur.

İzabella de Villarduen
fr. Isabelle de Villehardouin
Şəxsi məlumatlar
Doğum tarixi 1263
Vəfat tarixi 1312
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası II Giyom de Villarduen
Həyat yoldaşları
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İzabella əslində onun adından knyazlığı idarə edən SiciliyaNeapol kralı I Anjulu Karlın oğlu Filipp ilə evlənmişdir. Yalnız Karlın ölümündən sonra, 1289-cu ildə Floris d'Aven ilə evlənən İzabella əri ilə birlikdə knyazlığın hökmdarı olmuşdur. Onun ölümündən sonra Neapol kralı II Anjulu Karlın vassalı olaraq qalmasına baxmayaraq, knyazlığın yeganə hökmdar olmuşdur.

İzabella daha sonra üçüncü dəfə evlənmiş və I Savoyyalı Filippi öz yoldaşı olaraq seçmişdir. Bununla belə, İzabellanın yeni həyat yoldaşı həm knyazlığın baronlarını, həm də II Karlı narazı salmışdır. Nəticədə, İzabella 1307-ci ildə bütün hüquqları krala keçirərək taxtdan əl çəkməyə məcbur qalmışdır.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Грегоровиус Ф. История города Афин в Средние века (От эпохи Юстиниана до турецкого завоевания) / Перевод с нем., послесловие Фрица Шилльманна. — М.: Альфа-книга, 2009. — 767 с. — (Полное издание в одном томе). — 5000 экз. — ISBN 978-5-9922-0307-3.
  • Ле Гофф Ж. Людовик IX Святой / Пер. с фр. В. И. Матузовой; коммент. Д. Э. Харитоновича. — М.: Ладомир, 2001. — 800 с. — 3000 экз. — ISBN 5-86218-390-6.
  • Рансимен С. Сицилийская вечерня: История Средиземноморья в XIII веке / Пер. с англ. С. В. Нейсмарк. — СПб.: Евразия, 2007. — 384 с. — 1000 экз. — ISBN 978-5-8071-0175-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Cawley H. "Princes of Achaia 1209—1278 (Villehardouin)" (ingilis). Foundation for Medieval Genealogy. İstifadə tarixi: 2012-10-07.