Foks yarımadası

Foks yarımadasıBaffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır.

Foks yarımadası
Yerləşməsi
65°00′00″ şm. e. 76°00′00″ q. u.
Akvatoriya Şimal Buzlu okean
Ölkə  Kanada
Foks yarımadası xəritədə
Foks yarımadası
Foks yarımadası

Yarımadanın uzunluğu 241 km, eni isə 80-161 km arasında dəyişir[1].

Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır.

Araşdırılması[redaktə | mənbəni redaktə et]

Yarımadanın ilk araşdırılması 1631-cü ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o «Çarlz» gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir. Foks Liss yarımadası boyunca bir çox coğrafi obyektlərə ad qoymuşdur: Dorset, Kinq-Çarlz, Kuin və Dorçester burunları. Ancaq onun adlandırdığı coğrafi obyektlərin dəqiq koosdinatları bəlli deyildir. Onun adlandırdığı ehtimal edilən bu obyeklərin bu gün ki yerləri Foksun təsvirini ilə üsrt-üstə düşmür.

Yarımadanın bəzi sahələri Donald Bakster Makmillan tərəfindən araşdırılmışdır. O, 1921—1922-ci illərdə Skuner buxtasında qışlamışdır. 1927-ci ildıəə isə yarımadfanın şimalında Corc Putnam olmuşdur. İnteryeri isə Cozef Soper tərəfinddən 1928 və 1929-cu illərdə araşdırılmışdır. 1928—1929-ci illərdə Soper Keyp-Dorsetdə yaşamışdır. Yarımadanın kartoqrafiya işləri 1956 - 1957-ci illərdə başa çatmışdır[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Foks körfəzi". bartleby.com. 2000. 2005-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-24.
  2. Stewart, R. A. Mapping the Foxe Peninsula from Aerial Electronic Control. Photogrammetric Engineering, vol. 26, bur. 1, mart 1960, s. 119.