Hudzon boğazı ing. Hudson Strait (Skandinaviyadan cənubda yerləşir)-Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Baffin Torpağı adasını (cənub) Labrador yarımadasını (şimal) ayırır[1]. Boğaz Labrador dənizini daxili Foks və Hudzon körfəzi, cənub-şərqdə isə Unqava körfəzi ilə birləşir. Boğaz akvatoriyasında Mill, Solsberi, Hottingem, Çarlz, Biq-Aylənd, Botton, Rezolyuşen, Edzell, Digges, Qudvin adaları yerləşir. Uzunluğu 800 km, eni şərqdə 115 km, qərbdə 240 km təşkil edir. Dərinliyi 115–704 m-dir. Qabarma 12 m təşkil edir. Fırtınalar müşahidə edilir. Boğaz 4 ay gəmiçilik üçün açıq olur. Boğaz 1610-cu ildə onu üzüb keçən Henri Hudzonun şərəfinə adlandırılıb.
Hudzon boğazı | |
---|---|
ing. Hudson Strait, fr. détroit d'Hudson | |
Ümumi məlumatlar | |
Eni | minimum 115-240 km |
Uzunluğu | 800 km |
Yerləşməsi | |
64°29′36″ şm. e. 82°52′43″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Labrador yarımadasını Baffin Torpağı adasını |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |