Folkirk çarxı

Folkirk çarxı

Folkirk çarxı (ing. Falkirk Wheel) — Şotlandiyada Forth and Clyde Canal ilə the Union Canalı əlaqələndirən fırlanan gəmi qaldıran qurğudur. Gəmi qaldırıcı Millennium Link layihəsinin bir hissəsi kimi 1930-cu ildən bəri ilk dəfə olaraq iki kanalı yenidən birləşdirib və açılışı 2002-ci ildə olub. Gəmi qaldırıcının adı yaxınlıqdakı Folkirk şəhərinin şərəfinə adlandırılıb.

Edinburqla Qlazqonu yenidən birləşdirən və əsas Şotland kanallarını bərpa etmək üçün hazırlanmış plana Şotland Müəssisələri Şəbəkəsi (ing. Scottish Enterprise Network), Avropa Regional İnkişaf Fondu (ing. European Regional Development Fund) və Millennium Commission, yeddi yerli hakimiyyət orqanlarının maliyyə dəstəyi və yardımı ilə British Waterways tərəfindən rəhbərlik edilib.

Çarx gəmiləri 24 m-dək hündürlüyə qaldırır, ancaq Union Canal akvedukdan 11 metr daha yüksəkdir. Gəmilər Union Canal və çarxın yuxarısına çatmaq üçün iki şlüzün içərisindən keçməlidirlər. Folkirk çarxı dünyada bu tipli yeganə fırlanan qayıq qaldırıcıdır. Böyük Britaniyada olan iki qayıq qaldırıcıdan biridir, digəri isə Anderton gəmi qaldırıcısıdır.

Dairəvi dişli çarxlar

Çarx tam olaraq 35 metr diametrə və iki başlı balta formasında mərkəzi oxdan 15 metr kənara uzanan iki əks qoldan ibarətdir.[1][2] Balta formalı oxların iki dəsti uzunluğu 28 metr, diametri 3.8 metrlik mərkəzi ox ilə əlaqəlidir. Tamamilə əks iki hər birinin tutumu 250,000 litr olan su ilə doldurulmuş kessonlar qolların sonu arasında quraşdırılıb.[3]

Ziyarətçi mərkəzi

[redaktə | mənbəni redaktə et]

Ziyarətçi mərkəzi aşağı hövzənin şərq tərəfində yerləşir. Dəniz gəzintisi təqribən 50 dəqiqə çəkir.[4] Çarxın açılışından sonra təqribən 4.4 milyon insan buranı ziyarət edib, 1.3 milyon insan isə dəniz gəzintisindən istifadə edib. Hər il çarxı ziyarət edənlərin sayı təqbibən 400.000 nəfərdir.[5][6]

Çarx və akvedukun panoram görünüşü.
  1. "Giant rotating wheel carries boats between canals". Siviele Ingenieurswese. 10: 145. 2002. 2014-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
  2. "Symbol of the Millennium: The Falkirk Wheel". ASME. 2014-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart, 2015.
  3. "Quick quirky facts". The Falkirk Wheel. 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart, 2015.
  4. "The boat trip". The Falkirk Wheel. 2015-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart, 2015.
  5. "Falkirk Wheel is a big success". Scottish Tourism Alliance. 2014-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 mart, 2015.
  6. "British tourist attraction visitors figures: who's up and who's down?". The Guardian. 23 Fevral 2011. 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]