Folklend adaları bayrağı — Atlantik okeanının cənubunda Cənubi Amerika qitəsinə daxil olan Britaniyanın dəniz ərazilərindən biri olan Folklend adalarının istifadə etdiyi bayraq. Folklend adalarının ilk bayrağı 29 sentyabr 1948-ci ildə qəbul edilib.
Folklend adaları bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Folklend adaları |
İstifadəsi | Mülki və dövlət bayrağı, dövlət dəniz bayrağı |
Qəbul edilib | 25 yanvar 1999 |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq mavi fonda yaradılıb və yuxarı sol küncündə bayrağın dörddə birini əhatə edən Birləşmiş Krallıq bayrağı var. Bayrağın dalğalanan sağ tərəfində Folklend adaları gerbi var.
Bayraqdakı Folklend adalarının gerbi qalxandan ibarətdir. Mavi fonda olan qalxanın ortasında ölkəni əhatə edən dənizi təmsil edən, aşağı hissəyə qədər yerləşmiş üç ağ dalğa var. Mavi və ağ dalğaların yaratdığı bu aşağı sahədə yelkənləri açıq olan gəmi heraldik bucaqdan sağa doğru gedir. Bu gəmi 1592-ci ildə Folklend adalarını gördüyü bilinən Con Davisin Desire gəmisini simvollaşdırır. Orta dirəkdəki yelkəndə adanın coğrafi olaraq yerləşdiyi cənub xaçı bürcü, dirəklərdə isə hər biri hərəkət istiqamətinə qarşı əsən qırmızı xaç olan bayraqlar var. Qalxanın yuxarı hissəsində adanın bitki örtüyünü təmsil edən ot kürəsinin üzərində yerləşən və adanın əsas gəlir mənbəyi və əsas sənaye sahələrindən biri olan qoyunçuluğu vurğulayan Ovis qoçu var. Qalxanın altındakı şüar bandının üzərində, ingiliscə "Desire The Right" (azərb. Doğrunu arzula) yazılıb.
Folklend adaları zamanla fərqli bayraqlardan istifadə edib və oxşar bayraq 1999-cu ilə qədər istifadə olunub. Bu əvvəlki bayrağın dalğalanan hissəsindəki gerb ağ dairədə idi.