Fonbet (rus. Фонбе́т) — Rusiyada Bukmeyker fəaliyyəti göstərən şirkət. Şirkət 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılıb.[1]
Fonbet | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | qumar |
Təsis tarixi | 1994 |
Baş qərargahın yeri | |
fonbet.betx.su/click?pid… | |
Vikianbarda əlaqəli mediafayllar |
"Fonbet" şirkətinin mərc qəbulu məntəqələri şəbəkəsinin Moskvada 100-dən çox klubu və Rusiyanın 82 bölgəsində 1000-dən çox filialı var.[2][3]
"Fonbet" bukmeker şirkəti ilk dəfə "F.ON." adı altında, 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılır.[1][4] Maçulksi hələ Sovet dövründə şahmatçılar arasında, qumar oyunlarının böyük bir bilicisi sayılırdı.[5]
Şirkətin ilk mərc qəbul etmə nöqtəsi "Ulitsa 1905 qoda" metro stansiyası yaxınlığında açılır. 1995-ci ildə şirkətin məntəqə sayı 5-ə yüksəlir. Şirkətdə mərclərin qəbulu və işlənməsi prosesi kompürləşdirilir. 1997-ci ildə şirkət rəsmi veb saytını açır və 1998-ci ildə internet üzərindən mərc qəbul etməyə başlayır.
1998-ci ildə Sankt-Peterburq şəhərində şirkət ilk filialını açır.
2003-cü ildə artıq şirkətin mərc qəbulu nöqtələri şəbəkəsi, Rusiya və MDB ölkələrində 100-dən çox filialdan ibarət idi. Şirkət idman məlumatlarını və oyun nəticələrini özundə əks etdirən, həftəlik "Na FONe Sporta" qəzetinin nəşrinə başlayır.
2014-cü ildə şirkət rebrendinq edərək, "F. O. H" adını "Fonbet"ə dəyişdirir.
Şirkətin Baş direktoru Aleksandr Paramonov[6], İdarə Heyətinin sədri isə Maksim Kiryukinsir.