Forçun fontaneziyası (lat. Fontanesia fortunei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fontaneziya cinsinə aid bitki növü.
Forçun fontaneziyası | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Forçun fontaneziyası |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Şərqi Çində yayılmışdır.
Hündürlüyü 5 m-dək, nazik, düz budaqlı, bütün hissələrində çılpaqdır. Yarpaqları neştərvari və ya yumurtavari-neştərvari, uzunluğu 3-6 sm, eni 0,8-1,5 sm, zoğlarda uzunluğu 11 sm-dək, ucu biz, kənarları bütöv, parlaq yaşıl, saplaqların uzunluğu 1-3 mm-dir. Uc süpürgələrin uzunluğu 3-5 sm, qoltuqda olanlar qısa, çiçəkləri yaşılımtıl-ağ, uzunluğu 3 mm, qısa çiçək saplağında yerləşir. Meyvəsi ellipsvari, ucu bir az batıq uzunluğu 8 mm-dir.
Şaxtaya davamlıdır, sərt şaxtalarda bəzən yerüstü hissəsi donur, yazda isə bərpa olur. Rütubətsevəndir, Abşeronda münbit torpaqlarda becərilir.
Azərbaycanda 1845-ci ildən mədəni şəraitdə becərilir.
Yaşıllaşdırmada tək və qrup əkinlərində, dekorativ bağçılıqda istifadə olunur.