Foraminifera

Foraminiferlər (Foraminifera) – İbtidailər (Protista) tipinə aid yarımtipdir.

Foraminiferlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Foraminiferlər
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Yumşaq protoplazmatik bədənləri müxtəlif tərkibli və quruluşlu qabığın (çanağın) içində yerləşir. Qabıq psevdoxitin, aqqlütinli, sekresion (karbonatlı) və ya silisiumlu olur; foraminiferlər böyük əksəriyyəti kalsium karbonat qabığa malikdir. Qabıq birkameralı, ikikameralı və çoxkameralı ola bilər. Çoxkameralı foraminiferlər bir çox növlərinin 2 tip qabığı olur: meqalosferik (böyük başlanğıc və sonrakı kiçik kameralardan ibarət) və mikrosferik (kiçik başlanğıc kamera və sonrakı çoxsaylı kameralar). Geoloji keçmişdə foraminiferlər 2 əsas (bentos və plankton) qrupu yayılmışdı. Ağız formasına görə girdə, oval, yarıq, düzbucaqlı ola bilir. Məsaməli çanağın ağızı və məsamələri psevdopodiyaların çıxmasına xidmət edir. Psevdopodiyalar nazik, uzun, şaxələnmiş və öz aralarında anastomozlaşan sap formasındadır. Psevdopodiyalar qidanı tutmaq, həzm etmək, həzm olunmamış qalıqları xaric etmək funksiyasını, eləcə də hərəkət və tənəffüs funksiyalarını yerinə yetirir.

Formaniferlərin çağdaş növlərinin sayı 1000-ə yaxındır. Onlardan 306-sı Atlantikanın şelf zonasında aşkar edilmişdir.Xəzər dənizində foraminiferlərin 18 növ və forması məlumdur. Formaniferlərin faunasının tərkibində 3 geniş yayılmış növ var (M.fusca, M.macrostoma, T.aguayoi). Faunanın 78%-ni isə Xəzər aborigen növləri təşkil edir. Yayılma dərəcəsinə görə Xəzər dənizinin formaniferləri üç qrupa bölünür. I qruoun arealı Volqa çayının mənsəb sahəsi, Şimali Xəzərin bütün bütün dayaz zonasının akvatoriyasını tutur. II qrupun arealı Cənubi və Orta Xəzərdə sahil dayazlığını əhatə edir. III qrupa daha çox halo- və termofil foraminifer növləri aiddir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Foraminiferlər başlıca olaraq dənizlərin bentosunda yaşayırlar, ancaq plankton formalar da az deyil. Sərbəst və ya yapışmış həyat tərzi keçirirlər. Yapışmış növlər daşlara, çınqıla, su bitkilərinə, hidroidlərə yapışırlar. Əksəriyyəti dəniz stenoqalin orqanizmləridir və normal dəniz duzluluğu şəraitində yaşayırlar. Bəzi növlər suyun əhəmiyyətli dərəcədə şirinləşməsinə davam gətirir.

Foraminiferlərin mürəkkəb həyat sikli iki əsas mərhələyə bölünür:şizoqoniya-merozoitlərin əmələ gəlməsi ilə qeyri-cinsi çoxalma və qamoqoniya- qametlərin əmələ gəlməsi və sonrakı mayalanma mərhələsindən keçən cinsi çoxalma. Bu zaman diploid vəziyyət bərpa olunur. Ölçüləri adətən 0,1–1mm, nadir hallarda 20 sm-ə qədər olur. Foraminiferin bədənində nüvənin mitoz yolla dəfələrlə bölünməsi nəticəsində çoxlu miqdarda nüvələr əmələ gəlir. Sonuncu iki bölünmə reduksion bölünmə olub, diploid xromosom sayının iki dəfə azalması və ya haploid xromosom sayının əmələ gəlməsi ilə nəticələnir. Ana fərdin sitoplazması nüvələr arasında paylanır. Yüzlərlə birnüvəli qız hüceyrələr əmələ gəlir. Kiçik yalançı ayaqlar vasitəsilə ana fərdi tərk edirlər. Ana fərd mikrosferik və ya qeyri-cinsi, qız fərdlər isə makrosferik və ya cinsi fərdlər adlanır. Makrosferik fərdlərin nüvələri mitoz yolla dəfələrlə bölünür. Şizoqoniyadan fərqli olaraq əmələ gələn hüceyrələr qamçılı olur və onların sayı minlərlə olur. Bunlar qametlərdir. Qametlər ana fərdi tərk edərək eyni növdən əmələ gələn qametlərlə birləşirlər. Bu kopulyasiya adlanır. Bu zaman birnüvəli ziqota əmələ gəlir. Ziqota qamçıları itirərək çanaq əmələ gətirir. Mikrosferik fərdlərin rüşeym kamerası belə formalaşır. Bu fərdlər çoxkameralı çanağa malik olur və şizoqoniya yolu ilə çoxalır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Foraminiferlər əhəng, təbaşir və digər çöküntü süxurlarının əmələ gəlməsində mühüm rol oynayır.

  1. Azərbaycanın heyvanlar aləmi. Birhüceyrəlilər və çoxhüceyrəlilər, I cild. Bakı: Elm, 2004, s.29
  2. B. Ağayev, Z. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, s.36.

Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.