Foronidlər

Çox azsaylıaz öyrənilmiş heyvan tipləridir. Hal-hazırda Actinotrocha, PhoronisPhoronopsis cinslərinə aid 20 növ təsvir edilmişdir. Bədənin uzunluğu 6 mm-dən 50 sm-ə qədər dəyişən bu canlılara bütün dəniz və okeanlarda rast gəlinir. Foronidlərin əksəriyyəti kosmopolit canlılardır.[1]

Foronidlər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Quruluşu[redaktə | mənbəni redaktə et]

Yetkin foronidin bədəni xitin borunun içərisində yerləşir. Yuxarı ucdan baş hissəsi xaricə çıxır. Aşağı hissə torpağa girir. Baş hissədə kirpikciklərlə örtülmüş qısqaclar (lofoforlar) yerləşir. Lofoforlar çevrə boyunca, spiralvari və ya nalşəklində yerləşir. Qısqaclar arasında yarıqşəklli ağız yerləşir.[1]

Qidalanması[redaktə | mənbəni redaktə et]

Foronidlər xırda orqanizmlərlə qidalanır. Bəzi foronidlər çox estetik görünüşə malikdir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Foronidlər ayrıcinsli və hermofrodit canlılardır. Onlar cinsi və qeyri-cinsi (tumurcuqlama) yolla çoxalırlar. Yumurtadan plankton sürfəsi (aktinotroxa) çıxır. Sürfənin inkişafı 20 gün çəkir. Sonra dibə çökərək 30 dəqiqə ərzində cavan foronidə çevrilir. Foronidlərin orta ömrü təxminən 1 ildir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Foronidlər (Phoronida)[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Çoxhüceyrəlilər