Fotoperiodizim

FotoperoidizimTəbiətdə canlı orqanizmlərin əksəriyyətində mövsüm dəyişikliyini temperatur dəyişmələri zamanı müşahidə edirik. Ancaq mövsüm hadisələrinin əsas tənzimləyicisi günün uzunluğudur. Orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiyası fotoperiodizm adlanır[1].

Fotoperiodizim haqqında

[redaktə | mənbəni redaktə et]

Bitkilərin bir qismi uzun yaz və yay günlərində çiçəkləyir. Bunlar uzungünlü bitkilər, payızda çiçəkləyən bitkilər isə qısagünlü bitkilər adlanır[2].

Uzungünlü bitkilər Qısagünlü bitkilər
Fındıq, vələs, palıd, ağ akasiya, söyüd, buğda, çovdar, darı, arpa, kənaf və s. Payızgülü, zəfəran, soğangülü və s.

Mövsüm hadisələrinin tənzim edilməsində günün uzunluğunun əsas rol oynadığını bilməklə insanlar bir çox canlıların inkişafını idarə edə bilirlər. Mülayim iqlim qurşağında süni işıqlanma şəraitində bitkilər yarpaqlarını tökmür, həşəratlar inkişaflarını davam etdirir. Toyuqlarda yumurtavermə çoxalır[3] . İlin dörd fəslinin əlamətləri müxtəlifdir. Planetimizin coğrafi ərazilərində fəsil dəyişmələri bir-birindən fərqlənir. Ölkəmizdə də aran və dağ rayonlarında bu sahədə fərqlər olduğunu müşahidə etmək mümkündür. Hər bir coğrafi ərazidə yaşayan canlılar yaşadıqları ərazilərdə mövsümlərə məxsus uyğunlaşmalar qazanmışlar[4]. Kəskin mövsüm dəyişkənliyi zamanı canlıların davranışlarında və fizioloji proseslərində müəyyən dəyişikliklər müşahidə olunur. Temperatur və günün uzunluğu artdıqca canlılarda fizioloji proseslər sürətlənir, temperatur azalıb günün uzunluğu qısaldıqca fizioloji proseslər zəifləyir[5] .

Yazda
Yayda
  • bitkilərdə böyümə prosesi zəifləyir;
  • quşlarda balavermə dayanır;
  • yayın ikinci yarısında meyvətoxumlarda ehtiyat qida maddələri toplanır.
Payızda
  • meyvələr yetişir;
  • xəzan baş verir;
  • həşəratların sayı azalır;
  • qış tumurcuqları yaranır;
  • meyvə və toxumlar yetişir;
  • köçəri quşlar uçub gedir.
Qışda
  • əksər canlılarda maddələr mübadiləsi zəifləyir;
  • qış sükunət halı başlayır;
  • fizioloji sakitlik yaranır.

Bitkilərdə qışa hazırlıq və qışlama

[redaktə | mənbəni redaktə et]

Bu dövrdə bitkilərdə suyun miqdarı azalır, şəkərin miqdarı çoxalır. Bu onların domnasının qarşısını alır[6]. Maddələr mübadiləsi çox aşağı düşür. Bu zaman bitkilər toplanmış yağlardan və karbohidratlardan istifadə edir. Ehtiyat qida maddələri birillik bitkilərdə, meyvə və toxumlarda, çoxillik ot bitkilərində isə həm də kökümsov, gövdə yumrusu, soğanaqlarda və s. toplanır. Bu səbəbdən də birillik ot bitkiləri — toxum; ikiillik ot bitkiləri birinci il, əsasən, meyvəköklər; çoxillik ot, kol və ağaclar isə, demək olar ki, özünəməxsus vegetativ və generativ orqanlarla qışlayır[7].

Soyuqqanlı heyvanlarda qışa hazırlıq və qışlama

[redaktə | mənbəni redaktə et]

Həşəratlar sinfinin nümayəndələri inkişaflarının müxtəlif mərhələlərində qışlayır. Kəpənəyin inkişaf mərhələləri

yetkin fərd ▶ yumurta ▶ tırtıl ▶ pup

Bu canlıların hüceyrələrində qliserinin qatılığı artır və onlar donmur. Suda-quruda yaşayanlar və sürünənlər soyuqqanlı olduqları üçün fəaliyyətlərini dayandırır və qışı anabioz (həyatın geriyə dönə biləcəyi) vəziyyətdə keçirir[8].

İstiqanlı heyvanlarda qışa hazırlıq və qışlama

[redaktə | mənbəni redaktə et]

Quşlarda qışı keçirmək üçün lələk örtüyü qalınlaşır, bəzən rəngləri dəyişir. Onların bir çoxu qışlama miqrasiyası keçirir.[9]. Məməlilərdə də qışa hazırlıq zamanı tük örtüyü qalınlaşır. Bəzi məməlilərin rəngi dəyişir. Bəzi məməlilər (ayılar, porsuqlar, yarasalar, bir qism gəmiricilər və s.) qış yuxusuna gedir. Yuxuda olduqları müddətdə onlarda maddələr mübadiləsi zəifləyir[10]. Suya olan tələbatlarını isə piy toxumasının parçalanması nəticəsində ayrılan su ödəyir. Bir qram piy parçalandıqda 1,1 q su alınır. Aktiv həyat tərzi keçirən məməlilərin bir qismində miqrasiyalar həyata keçirilir[11]. Bir çox hallarda yazda və payızda temperatur eyni olsa da, canlılarda gedən proseslər fərqli olur.

  1. Purcell, Larry C.; Salmeron, Montserrat; Ashlock, Lanny. Chapter 2 // Arkansas Soybean Production Handbook - MP197. Little Rock, AR: University of Arkansas Cooperative Extension Service. 2014. 5–7. 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 February 2016.
  2. Mauseth, James D. Botany : An Introduction to Plant Biology (3rd). Sudbury, MA: Jones and Bartlett Learning. 2003. 422–27. ISBN 978-0-7637-2134-3.
  3. Fankhauser, Christian. "The Phytochromes, a Family of Red/Far-red Absorbing Photoreceptors". Journal of Biological Chemistry. 276 (15). 2001: 11453–11456. doi:10.1074/jbc.R100006200. ISSN 0021-9258. PMID 11279228.
  4. "Fotoperiodizim" (az.). e-derslik.edu.az. 2021-02-12 tarixində arxivləşdirilib.
  5. Casal, J.J. "Light perception and signalling by phytochrome A". Journal of Experimental Botany. 65 (11). (11). 2014: 2835–2845. doi:10.1093/jxb/ert379. PMID 24220656.
  6. Nelson Randy J. (2005) An Introduction to Behavioral Endocrinology (p.189). Sunderland, MA: Sinauer Associates.
  7. Lin, Chentao. "Photoreceptors and Regulation of Flowering Time". Plant Physiology. 123 (1). 2000: 39–50. doi:10.1104/pp.123.1.39. PMC 1539253. PMID 10806223.
  8. Chamovitz, Daniel. What A Plant Knows. Scientific American. 2013. 17–18. ISBN 978-0-374-28873-0.
  9. Foster, Russell; Williams, Robyn. "Extra-retinal photo receptors" (Interview). Science Show. ABC Radio National. 5 December 2009. İstifadə tarixi: 2010-05-28. ...we have the evolutionary baggage of showing seasonality but we're not entirely sure what the mechanism is.
  10. Mockler, Todd. "Regulation of photoperiodic flowering by Arabidopsis photoreceptors". Proceedings of the National Academy of Sciences of the United States of America. 100 (4). 2003: 2140–2145. Bibcode:2003PNAS..100.2140M. doi:10.1073/pnas.0437826100. PMC 149972. PMID 12578985.
  11. Lin, Chentao. "The cryptochromes". Genome Biology. 6 (5). 2005: 220. doi:10.1186/gb-2005-6-5-220. PMC 1175950. PMID 15892880.