Fox News, rəsmi olaraq Fox News Channel (abr.: FNC), daha çox sadəcə Fox olaraq tanınır — mərkəzi Nyu-York şəhərində yerləşən ABŞkonservativ[1][2][3][4] xəbər telekanalı. İlk yayımı 7 oktyabr 1996-cı ildə gerçəkləşən kanalın[5] sahibidi "Fox News Media" şirkətidir ki, bu şirkətin də ana korporasiyası "Fox Corporation" şirkətidir.[6]
Kanal Avstraliya mənşəli ABŞ media maqnatı Rupert Mördok tərəfindən konservativ auditoriyaya müraciət etmək üçün yaradılmışdır.[7][8] "Fox News" 1990-cı illərin və 2000-ci illərin axırlarında ABŞ-də dominant xəbər şəbəkəsinə çevrilmişdir.[9] 2018-ci ilin sentyabr ayında təxminən Amerikadakı 87 milyon evdə (televiziya abunəçilərinin 90.8%) "Fox News" kanalı tuturdu.[10] 2019-cu ildə "Fox News" orta hesabla 2,5 milyon izləyiciyə sahib olan ən yüksək reytinqli kabel şəbəkəsi olmuşdur.[11][12][13] Mördok hal-hazırda kanalın icraçı sədridir.[14][15]
Müşahidəçilərə görə, "Fox News" ABŞ Demokrat Partiyasını mənfi təsvir edir, ABŞ Respublikaçılar Partiyası, onun siyasətçiləri və ümumiyyətlə konservativləri üçün müsbət reportaj hazırlayaraq qərəzli davranır.[16][17][18][19][20] Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar.[21][22] "Fox News"un rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir.[23][24] Buna baxmayaraq, kanalın keçmiş işçiləri "Fox"un onlara "xəbərləri konservativlərin lehinə çevirmələrini" əmr etdiyini bildirmişdir. Müşahidəçilər Donald Trampın prezidentliyi dövründə "Fox News"un administrasiyanın media orqanı kimi fəaliyyət göstərdiyini irəli sürmüşdülər. Onlara görə kanal Tramp üçün "propaqanda" və "geribildirim dövranı" rolunu daşıyırdı, peşəkar şərhçilər isə kanalın dövlət televiziyasını xatırladan bir formaya döndüyünü iddia etmişdir.[25][26]
Bir çox müşahidəçi "Fox News" kanalını ABŞ Respublikaçılar Partiyası, Corc Volker Buş və Donald Tramp administrasiyaları və ümumiyyətlə konservativ fikirlərin lehinə qərəzli reportaj hazırlamaqda, ABŞ Demokrat Partiyasını isə mənfi formada təsvir etməkdə günahlandırır.[16][17][18][19] Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar.[21][22] "Fox News" heyətinin rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir, lakin kanalın keçmiş işçiləri "Fox"un onlara "xəbərləri konservativlərin lehinə çevirmələrini" əmr etdiyini bildirmişdir.[27] Müşahidəçilər Donald Trampın prezidentliyi dövründə "Fox News"un administrasiyanın media orqanı kimi fəaliyyət göstərdiyini irəli sürmüşdülər. Onlara görə kanal Tramp üçün "propaqanda" və "geribildirim dövranı" rolunu daşıyırdı, peşəkar şərhçilər isə kanalın dövlət televiziyasını xatırladan bir formaya döndüyünü iddia etmişdir.[25][26] 2021-ci ilin mart ayında keçirilən "Pew Research Center"in tərtib etdiyi bir anketə görə, ABŞ əhalisinin 73% -i Fox News-u "aparıcı media" hesab edir.[28]
↑ 12Skocpol, Theda; Williamson, Vanessa. The Tea Party and the Remaking of Republican Conservatism. Oxford, New York: Oxford University Press. September 1, 2016. 5, 8, 86, 123, 125, 130–140. ISBN978-0-19063-366-0. May 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021. the challenge of spreading and germinating the Tea Party idea was surmounted with impressive ease because a major sector of the U.S. media today is openly partisan—including Fox News Channel, the right-wing "blogosphere," and a nationwide network of right- wing talk radio programs. This aptly named conservative media "echo chamber" reaches into the homes of many Americans ... Towering above all others is the Fox News empire, the loudest voice in conservative media. Despite its claim to be "fair and balanced," multiple studies have documented FNC's conservative stance ... Fox News's conservative slant encourages a particular worldview.
↑ 12Jamieson, Kathleen Hall; Cappella, Joseph N. Echo Chamber: Rush Limbaugh and the Conservative Media Establishment. Oxford, New York: Oxford University Press. February 4, 2010. ISBN978-0-19539-860-1. June 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2021. We do this to illustrate the ways Fox News, Limbaugh, and the print and web editorial pages of the Wall Street Journal play both offense and defense in service of conservative objectives. As these case studies will suggest, the big three reinforce each other's conservative messages in ways that distinguish them from the other major broadcast media, CBS News, NBC News, ABC News, CNN, MSNBC, CNBC and major print outlets such as the Washington Post and New York Times.
↑ 12Kludt, Tom. "Fox News has avoided talking about Jared Kushner's security clearance". CNN Money. February 28, 2018. April 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2018. The network claims a uniquely powerful role in the pro-Trump echo chamber, setting the agenda for both the president and his millions of supporters. In this vein, Trump is rarely cast in an unfavorable light and the so called "mainstream media" draws little praise. Bad news, like the one surrounding Kushner, routinely gets glossed over.