CiteSeerx — elmi nəşrlər və preprintlər üçün elektron kitabxana və axtarış sistemi.[1]
CiteSeerX | |
---|---|
URL | citeseerx.ist.psu.edu |
Tipi | open-access repository pulsuz və açıq mənbəli proqram təminatı və məlumat arxivi |
Proqramlaşdırma dili | Java |
CiteSeer sistemi 1997-ci ildə NEC firmasının üç əməkdaşı — Stiv Lorens, Kurt Bollaker və Li Qils tərəfindən elmi ədəbiyyatı indeksləşdirmək və ayrı-ayrı nəşrlərin əhəmiyyətini ölçmək üçün sitat indeksini avtomatik hesablamaq üçün hazırlanmışdır. 2003-cü ildən bu layihə Pensilvaniya Dövlət Universiteti tərəfindən idarə olunur.
Layihənin adı ingiliscə sightseer (maraqlı yerlərə səyahət edən turist) və cite (sitat) sözlərinin birləşməsindən ibarətdir. Bu gün CiteSeer kitabxanasında HTML, PDF və PostScript formatlarında olan 750 mindən çox sənəd haqqında məlumat var.