Frakiyanın işğalı

Frakiyanın işğalıBirinci Dünya müharibəsindən sonra Müttəfiq dövlətlər tərəfindən həyata keçirilmiş işğal prosesi. Mudros barışıq müqaviləsindən sonra Ədirnəİstanbul dəmir yoluna nəzarət etmək üçün bir Fransa alayı Frakiyaya yerləşdirilmişdi. Fransa generalı Franşe d'Espre ilə Yunanıstan Baş naziri Venizelos arasında imzalanan müqavilə ilə Quləliburqaz–Xədimköy xətti Yunanıstan ordusunun işğalına buraxılmışdır. 14 yanvar 1919-cu ildə Xədimköydən Quləli və Burqasa qədər bütün dəmir yolu stansiyaları Yunanıstan qüvvələri tərəfindən işğal edilmişdir.

Frakiyanın işğalı
Türkiyə İstiqlaliyyət müharibəsi
türk. Trakya'nın İşgali
Tarix 14 yanvar 1919 – 15 sentyabr 1923
Yeri Şərqi Frakiya
Nəticəsi Mudanya barışığı
Lozanna müqaviləsi
Münaqişə tərəfləri

 Böyük Britaniya
Fransa Fransa
 İtaliya
 Yunanıstan

Osmanlı imperiyası Osmanlı İmperiyası
Osmanlı imperiyası Türk Milli Hərəkatı

Komandan(lar)

Fransa Louis Franchet d'Espèrey
Yunanıstan Konstantinos Nider
Yunanıstan Aleksandros Otoneos
Yunanıstan Nikolaos Plastiras

Osmanlı imperiyası Cəfər Təyyar Əyilməz

Tərəflərin qüvvəsi

70.000–150.000 (10.000 nəfər Çatalcada)

12.000

İtkilər

10

20

San-Remo konfransında Müttəfiqlər Şərqi Frakiyanı Ədirnə ilə birlikdə Yunanıstana verməyə qərar vermişdilər. Şərqi Frakiyanın Yunanıstana veriləcəyi aydınlaşınca region xalqı həll yolunu Ankara hökumətində axtarmağa başlamışdır. 9 may 1920-ci ildə Ədirnədə toplanan Osmanlı imperiyasının Frakiya Paşalı Müdafiə Komitəsinin II konqresində Ədirnə və Şərqi Frakiyanın Yunanıstana verilməsini qəti şəkildə rədd edilmiş, ölkə ərazisini müdafiə etməyə qərar verilmişdir. Bu məqsədlə yerli əhalidən əsgər toplamaq və silahlı müdafiə tədbirləri görmək qərarı alınmışdır.[1]

Sevr müqaviləsinin imzalanmasını asanlaşdırmaq və Osmanlı imperiyasına həm faktiki, həm də qanuni olaraq son qoymaq üçün Yunanıstan ordusu Müttəfiq dövlətlərin təşviqi ilə həm Anadoluda, həm də Frakiyada hərəkətə keçmişdir. 20 iyul 1920-ci ildə başlayan Yunanıstan hücumunun sonunda Ədirnə 24 iyul 1920-ci ildə ələ keçirilmişdir. Ədirnə və Şərqi Frakiya Yunanıstan tərəfindən ilhaq edilsə də, regionda işğala qarşı silahlı mübarizə davam etmişdir. 25 iyul 1920-ci ildə Frakiyada işğal əməliyyatı başa çatdıqdan sonra Yunanıstan kralı I Aleksandr yeni işğal edilmiş yerləri görmək üçün səfərə çıxmışdır. İzmir batalyonunun başında əvvəlcə Ədirnəyə, oradan da Kırklareli üzərindən Midyeyə getmiş, Averof döyüş gəmisi ilə Geliboluİzmir vasitəsilə Afinaya qayıtmışdır.[2][3][4]

  1. Bıyıklıoğlu Tevfik, Trakya'da Milli Mücadele Cilt 1 Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu Yayınları Sayfa 124–280 1992 Ankara
  2. "Kral Aleksandros Kırkkilise’de" Vakit 4 Ağustos 1920 nr. 943
  3. Yalnız Kırkkilise’de Bir Mukavemet" İleri 4 Ağustos 1920 nr. 907
  4. Doğruöz V. Türkan, Milli Mücadele’de Kırklareli Kırklareli Belediyesi Kültür Yayınları sayfa: 120 Kırklareli 2007