İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü.
İriyarpaqlı mürdəşər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: İriyarpaqlı mürdəşər |
||||
Beynəlxalq elmi adı | ||||
|
Azərbaycanda, İranda təbii halda yayılmışdır.
Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir. Meyvələri bənövşəyi-qara, şarşəkillidir. Nadir relikt növdür.
Orta dağlıq qurşağa qədər olan sahələrdə çay sahillərinda və dərələr boyunca, enliyarpaqlı meşələrdə, açıqlıq sahələrdə, meşə çətri altında bitir. İstisevən, torpağa tələbkər növdür.
Qusar (Samur çayı vadisi, Yuxarı Qələnxur kəndi yaxınlığında), Lənkəran (Ələzəpin, Aşağı və Yuxarı Apu kəndləri), Lerik (Siov kəndi) rayonlarında tək-tək və ya kiçik qruplarla bitir.
Yaşıllaşdırmada tək və qrup əkinlərində canlı çəprlərin salınmasında istifadəsi məqsədyönlüdür.