Franklin adası (dan. Franklin Ø) — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən qayalıqdan ibarət olan ada. Konstitutsiya burnundan (dan. Kap Constitution) 4,8 km şimalda yerləşir. Arktik-tundra bitkiləri ilə örtülüdür. Ən yüksək nöqtəsi adanın cənub-şərqində yerləşir (215 m[1]). Franklin adasından cənub-şərqdə Kroze, şimal-qərbdə isə Hans adası yerləşir.
Franklin adası | |
---|---|
dan. Franklin Ø | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 4,7 km |
Hündür nöqtəsi | 215 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
80°48′ şm. e. 66°35′ q. u. | |
Ölkə | Danimarka |
Region |
|
|
1854-cü ildə danimarkalı Hans Hendrik, Vilyam Morton və amerikalı Elişa Keyn adada olarkən onu araşdırmaçı Con Franklinin şərəfinə adlandırmışlar. Ada inzibati baxımından Danimarkanın ərazisi olan Qrenlandiyaya aiddir.