Fransız Ost-Hind şirkəti və ya Fransız Şərqi Hindistan Şirkəti (fr: Compagnie française des Indes orientales) — 1664-cü ildə Hollandiya Şərqi Hindistan adalarındakı müstəmləkəçi Holland Şərqi Hindistan Şirkəti və Britaniya Şərqi Hindistan Şirkəti ilə rəqabət aparmaq üçün yaradılmış Fransız kommersiya korporasiyasıdır. Fransalı nazir "Jean-Baptiste Colbert" tərəfindən təşkil edilmiş və təsis edilmiş şirkət Kral XIV Lüdovik tərəfindən Şərq yarımkürəsində Fransız ticarətini inkişaf etdirmək üçün təsdiq edilmişdir[2]. 1660-cı ildə birləşən "Compagnie de Chine", "Compagnie d'Orient" və "Compagnie de Madagascar" adlı üç şirkət bu şirkətin əsasını təşkil etmişdir.
Ost-Hind şirkəti | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | ticarət |
Təsis tarixi | 1 sentyabr 1664 |
Bağlanma tarixi | 1794[1] |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçi | |
Vikianbarda əlaqəli mediafayllar |
XVII-XVIII əsrlərdə, Hind okeanı və Şərqi Hindistanda Fransanın nəzarəti illərində (1664–1719) Fransız Şərqi Hindistan şirkəti (fransızca: "Compagnie Française des Indes Orientales"), 1719–1720-ci illərdə Hindistan şirkəti ("Compagnie des Indes") və 1720–1789-cu illər arasında Fransız Hindistan şirkəti ("Compagnie Française des Indes") adı altında digər kolonistlərlə bərabər fəaliyyətini davam etdirmişdir[3].
Daha əvvəllər də iflasa qədər gəlmiş və sonradan özünə gəlməyi bacarmış şirkət Fransa krallığı ilə İngiltərə arasında baş tutmuş olan Yeddiillik müharibədə (1756–1763) Fransanın məğlubiyyətindən və Fransanın Hindistan regionunun paytaxtı olan "Pondiçerri"nin 1761-ci ildəki süqutundan sonra son anlarını yaşamışdır[4]. 1769-cu ildə Fransanın Hindistan üzərində monopoliyasının sona çatması ilə şirkət ləğv edilmişdir.