Bu Qərbi Almaniya millisinin şərəfini qorumuş, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı. O, 1965–1977-ci illər aralığında 103 matçda millinin formasını geyinmiş və 14 qola imza atmışdır. İlk matçını 1965-ci ilin 26 sentyabr tarixində keçirmişdir. O, 1966 FİFA Dünya Kubokunda gümüş medal, 1970 FİFA Dünya Kubokunda bürünc və nəhayət 1974 FİFA Dünya Kubokunda qızıl medal qazanmışdır. Həmçinin hər 3 Dünya Kuboku turnirinin rəmzi yığmasına daxil edilmişdir. Bundan başqa o, UEFA Avro 1972 turnirini qalib kimi, UEFA Avro 1976 turnirini isə gümüş mükafatçı kimi bitirməyə müvəffəq olmuşdur.
# | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 23 mart 1966 | Rotterdam, Niderland | Niderland | 3–1 | 4–2 | Yoldaşlıq oyunu |
2. | 23 mart 1966 | Rotterdam, Niderland | Niderland | 4–2 | 4–2 | Yoldaşlıq oyunu |
3. | 4 may 1966 | Dublin, İrlandiya | İrlandiya | 2–0 | 4–0 | Yoldaşlıq oyunu |
4. | 12 iyul 1966 | Şeffild, İngiltərə | İsveçrə | 3–0 | 5–0 | 1966 FİFA Dünya Kuboku |
5. | 12 iyul 1966 | Şeffild, İngiltərə | İsveçrə | 4–0 | 5–0 | 1966 FİFA Dünya Kuboku |
6. | 23 iyul 1966 | Şeffild, İngiltərə | Uruqvay | 2–0 | 4–0 | 1966 FİFA Dünya Kuboku |
7. | 25 iyul 1966 | Liverpul, İngiltərə | SSRİ | 2–0 | 2–1 | 1966 FİFA Dünya Kuboku |
8. | 1 iyun 1968 | Hannover, Almaniya | İngiltərə | 1–0 | 1–0 | Yoldaşlıq oyunu |
9. | 14 iyun 1970 | Leon, Meksika | İngiltərə | 1–2 | 3–2 (əlavə vaxt) | 1970 FİFA Dünya Kuboku |
10. | 22 noyabr 1970 | Afina, Yunanıstan | Yunanıstan | 3–1 | 3–1 | Yoldaşlıq oyunu |
11. | 22 iyun 1971 | Oslo, Norveç | Norveç | 3–0 | 7–1 | Yoldaşlıq oyunu |
12. | 30 iyun 1971 | Kopenhagen, Danimarka | Danimarka | 3–1 | 3–1 | Yoldaşlıq oyunu |
13. | 12 may 1973 | Hamburq, Almaniya | Bolqarıstan | 1–0 | 3–0 | Yoldaşlıq oyunu |
14. | 6 oktyabr 1976 | Kardiff, Uels | Uels | 1–0 | 2–0 | Yoldaşlıq oyunu |