Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Frans Cozef Qal — 9 mart 1758[1][2][…] – 22 avqust 1828[1][2][…], Monruj[3] alman nevroanotomist, fizioloq və beyindəki zehni funksiyaların işləmə lokalizasiyasının öyrənilməsinin öncüllərindən biri. Nevropsixoloji sahədəki araşdırmaları dövründə böyük səs-küyə səbəb olmuşdur, indi isə "yalançı elm" olaraq adlanır.
Frans Cozef Qal | |
---|---|
alm. Franz Joseph Gall | |
Doğum tarixi | 9 mart 1758[1][2][…] |
Vəfat tarixi | 22 avqust 1828[1][2][…] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Qalın atası zəngin yun taciri və qatı roma katoliki idi. Əslən Lombardiyadan olan bu ailə 100 il idi ki, Tayfenbronda məskunlaşmışdılar. Qalın atası həm də buranın bələdiyyə başçısı idi. Qalın elmi araşdırmaları gənclik illərində başlamışdır. Hələ uşaqkən özü, bacı-qardaşları və sinif yoldaşlarının arasındakı fərqliliklər onu çox düşündürmüşdür. Ona görə, sinif yoldaşlarından birinin irəli səviyyədəki dil bilgisi onun qəribə formalı başı ilə əlaqədardır. Elə bundan sonra beyinə olan marağı artmışdır. Məktəb vaxtında bitki və heyvan növləri yığaraq onları sinifləndirməyi çox xoşlayırdı.