Frans van Anraat

Frans Kornelis Adrianus van Anraat (nid. Frans Cornelis Adrianus van Anraat; 9 avqust 1942, Den-Helder, Şimali Hollandiya) Niderland hərbi cinayətkarı və biznesmeni. O, Səddam Hüseynin hakimiyyəti dövründə İraqa kimyəvi silah istehsalı üçün xammal satmışdır. 2005-ci ilin dekabrında Haaqa məhkəməsi onu Səddam hökumətinə kimyəvi silah satmaqda iştirak etdiyinə görə müharibə cinayətlərində şərik olmaqda təqsirli bilmişdir. O, 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.[1] 2007-ci ildə apelyasiya məhkəməsi van Anraatı daha 17 il müddətinə azadlıqdan məhrum etmişdir.

Frans van Anraat
Doğum tarixi 9 avqust 1942(1942-08-09) (82 yaş)
Doğum yeri
Fəaliyyəti kimyaçı, sahibkar, cinayətkar

Van Anraat FTB-nin ən çox axtarılanlar siyahısında görünən yeganə hollanddır.[2]

1970-ci illərdə van Anraat İtaliya, İsveçrəSinqapurda yerləşən, İraqda kimyəvi zavodlar tikməklə məşğul olan mühəndislik şirkətlərində çalışmışdır. Kimyəvi maddə ticarəti ilə tanış olduqdan sonra İsveçrənin Bissone kommunasında özünün "FCA Contractor" şirkətini təsis etmişdir. O, 1984-cü ildən başlayaraq İraqa minlərlə ton kimyəvi maddələr, o cümlədən ipritsinir-iflicedici zəhərləyici maddələrin istehsalı üçün zəruri xammal satmışdır.[3]

  1. Killing of Iraq Kurds 'genocide' Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine BBC News, 23 December 2005
  2. "Van Anraat, most wanted by the FBI" (holland). NOS. 2005-06-23. 2007-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-09.
  3. "Dutchman in Iraq genocide charges". BBC. 2005-03-18. 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]