Türkiyə–Fransa münasibətləri — Fransa və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər.
Türkiyə–Fransa münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1839-1876-cı illərdə Osmanlı İmperiyasında modernləşmə islahatları dövrü baş verir. Bu da Türkiyə tarixində Tanzimat adlanır. Fransız dili modernləşmədə mühüm rol oynayır: siyasətçilər və diplomatlardan əlavə, müasir Türk ədəbiyyatının müxtəlif mərhələlərində yazıçılar Qərbə istinad nöqtəsi olaraq fransız dilindən istifadə edir. Türk məktəblərində fransız dili ilk xarici dil kimi yayılması əslində bu yaxınlara qədər davam etmişdir. Hal-hazırda ingilis dili türklər arasında öyrənilən əsas xarici dilə çevrilmişdir. Bununlada fransız dili sıxışdırılıb çıxarılır[1].
2004-cü ildə Fransa Prezidenti Jak Şirak Fransanın Türkiyənin Avropa İttifaqına daxil olması ilə əlaqədar bir referendum keçirəcəyini və Aİ-nın daha da genişlənməsinin də xalqın səsverməsi ilə mümkün olacağını açıqlayır[2]. 2007-ci ildə Fransa Prezidenti Nikolya Sarkozi “Türkiyənin Avropa Birliyi daxilində yeri yoxdur” ifadəsini işlədir və sözünə davam edir: “Mən demək istəyirəm ki, Avropa sərhədlərini müəyyənləşdirməlidir və yeri olmayan Türkiyədən başlayaraq bütün ölkələrin Avropaya üzv olmaq imkanı yoxdur.”[3]. 2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron bu kəlmələri işlədir:"Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinə gəlincə, son hadisələrin və qərarların Türkiyənin Aİ-na üzvlüyündə hər hansı bir irəliləyiş gətirmədiyi açıqdır"[4].
26 oktyabr 2020-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makronun Samuel Patinin qətlindən sonra Fransa cəmiyyətində islam əleyhinə açıqlamaları ilə əlaqədar bütün Türkləri və İslam dünyasını fransız mallarını boykot etməyə çağırdı. Rəcəb Tayyib Ərdoğan İkinci Dünya müharibəsindən əvvəl Avropadakı yəhudilərə qarşı kampaniyaya bənzər Fransada müsəlmanlara qarşı kompaniya başlandığını bildirdi[5].
28 oktyabr 2020-ci il tarixində Türk səlahiyyətliləri Fransa jurnalının Charlie Hebdo tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanı lağa qoyan bir karikatuiraya cavab olaraq "qanuni və diplomatik tədbirlər" görməyə hazır olduqlarını söylədi. Bundan əlavə Türkiyə vitse-prezidenti Fuat Oktay karikaturanın yayımlanmasını qınadı. Fransız səlahiyyətliləri ölkələrinin "sabitliyi pozma və təhdid cəhdlərinə" tabe olmayacaqlarını bildirdi[6].
1 noyabr 2020-ci ildə Fransa Prezidenti Emmanuel Makron Türkiyəni “NATO müttəfiqlərinə qarşı aqressiv olmaqda” günahlandırdı və “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya hörmət etməli, Avropa İttifaqına hörmət etməli, dəyərlərinə hörmət etməli, yalan danışmamalı və təhqir etməməlidir." deyə bəyan etdi. Ayrıca Türkiyənin Suriyaya hərbi müdaxiləsinin "NATO müttəfiqləri üçün gözlənilməz və təcavüzkar olduğunu" və Türkiyənin Liviyaya silah embarqosuna "hörmət etmədiyini" bildirdi[7].
Son vaxtlara qədər Fransa və markaları 1960-cı illərdən bəri ölkədə əhəmiyyətli bir yer tutmasına baxmayaraq, Türkiyədə nisbətən az xarici birbaşa investisiya alırdı. Fransanın birbaşa xarici investisiyaları 1980-ci illərin ikinci yarısında artsa da, 2000-2001 maliyyə böhranları ilə müvəqqəti olaraq dayandırılır. 1980-2000 arasında Fransa toplu olaraq Türkiyə iqtisadiyyatına 5.6 milyard ABŞ dolları miqdarında sərmaya qoyan ilk xarici ölkə olur. 2003-cü ildə Türkiyə Maliyyə Nazirliyinə görə, ölkədə 270 Fransız müəssisəsi var idi. Bu da xüsusilə elektrik istehsalı, sement, sığorta, əczaçılıq sənayesi, avtomobil və inşaat sektorlarında əhəmiyyətli bazar payına sahib olmaq demək idi[8].
Qondarma erməni soyqırımının inkarının bir il həbs və 45.000 avro pul cəzası ilə cəzalandırılan bir cinayət olaraq qəbul ediləcəyi 22 dekabr 2011-ci il tarixli Fransız qanun layihəsinin qəbul edilməsindən sonra, Türkiyə hökuməti Fransa ilə ikitərəfli münasibətləri və siyasi görüşləri dondurur. Türkiyə Fransanın döyüş gəmilərinin yerləşməsi və hərbi təyyarələrin Türkiyəyə enməsi üçün icazəni də ləğv edir[9][10]. Üstəlik bu ölkənin hava məkanında hər uçuş üçün fransa icazə istəməli olur. Türk səlahiyyətliləri daha əvvəl Fransa hökumətinə, erməni soyqırımının inkarına dair qanun layihəsinin qəbul edilməsinin, ikitərəfli münasibətlərə düzəlməz ziyan vuracağına dair xəbərdarlıq etmişdi[11].
Türkiyə fransız əsgərləri üçün hava məkanına və dəniz yollarına çıxışı bağladıqdan sonra, Paris hərbi lojistikanın təşkili ilə əlaqədar problemlərlə üzləşir. Qoşunlarının Əfqanıstana və geri qayıtmasında çətinliklər yaşanır, çünki başqa bir yol həm riskli həm də çox bahalı hesab edilir.
28 fevral 2012-ci il tarixində Fransa Konstitusiya Şurası, Qondarma erməni soyqırımını inkar edən qanunun konstitusiyaya zidd olduğuna qərar verir və qanun qüvvədən düşür. Bununla belə, 1990-cı ilin əvvəllərində Fransa Holokostla əlaqəli insanlığa qarşı cinayətlərin mövcudluğunu şübhə altına almağın qanunsuz olduğunu bildirən Geo Qanunu qəbul edir[12].