Nikolya Sarkozi

Nikolya Sarkozi (fr. Nicolas Sarkozy, tam adı Nicolas Paul Stéphane Sárközy de Nagy-Bócsa; 28 yanvar 1955[4][5][…], Paris[6]) — Fransa dövlət və siyasi xadimi, Fransa Respublikasının 23-cü, Beşinci Respublikanın 6-cı prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistridir. 6 may 2007-ci ildə seçilib, vəzifəyə həmin il 16 mayda başlayıb.

Nikolya Sarkozi
Nicolas Sarkozy
bayraq
Fransanın 23-cü prezidenti
bayraq2
16 may 2007 – 15 may 2012
ƏvvəlkiJak Şirak
SonrakıFransua Olland
bayraq
Andorranın 65-ci knyazı
bayraq2
Vəzifədədir
16 may 2007-ci ildən
ƏvvəlkiJak Şirak
SonrakıFransua Olland
bayraq
Avropa İttifaqı Şurasının 18-ci sədri
1 iyul 2008 – 1 yanvar 2009
ƏvvəlkiYanez Yanşa
SonrakıMirek Topolanek
bayraq
Fransanın 220-ci Daxili işlər naziri
bayraq2
31 may 2005 – 26 mart 2007
ƏvvəlkiDominik de Vilpen
SonrakıFransua Baruan
bayraq
Fransanın iqtisadiyyat naziri
bayraq2
ƏvvəlkiDominik de Vilpen
SonrakıFransu Brauan
bayraq
Fransanın 218-ci Daxili işlər naziri
bayraq2
7 may 2002 – 31 mart 2004
ƏvvəlkiDaniel Vayan
SonrakıDominik de Vilpen
Şəxsi məlumatlar
Doğum adı Nicolas Paul Stéphane Sarközy de Nagy-Bocsa[1]
Doğum tarixi (69 yaş)
Doğum yeri Fransa Fransa, Paris
Partiya Xalq Hərəkatı Naminə İttifaq
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, dövlət xadimi, hüquqşünas
Həyat yoldaşları 1) Mari-Dominik Külyoli (1982-1996)
2) Sesiliya Siqaner-Albenis (1996-2007)
3) Karla Bruni (2008-dən)
Uşaqları oğlanları: Pyer və Jan (1-ci evlilikdən), Lui (2-ci evlilikdən)
qızı: Culiya (3-cü evlilikdən)
Dini xristianlıq[2]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ildən vəzifəyə seçilənədək hakim Xalq Hərəkatı Uğrunda İttifaq (fr. Union pour un mouvement populaire, UMP) partiyasının lideri olub. 1993–1995, 2002–2004 və 2005–2007-ci illərdə Fransa hökumətində nazir olub. Həmçinin prezident vəzifəsinə qədər O-de-Sen departamenti Baş Şurasının sədri olub.

Fransada dostları və rəqibləri arasında "Sarko" ləqəbi ilə tanınır.

Parisdəki yəhudi "Müsyö Sarko"

[redaktə | mənbəni redaktə et]

Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı davranışı, irqi ayrı seçkilik və mediadakı İslam düşmənçiliyinə verdiyi dəstək və çıxışları ilə fransız ictimaiyyəti onu tanıdı. Ən çox da, Paris küçələrində üsyan edən məğribli (Şimalı Afrikalı) gənclərə qarşı sərt tədbirləri ilə gündəmə gələn və Jak Şirakdan sonra Fransa prezidentliyinə seçilmə ehtimalı ən yüksək olan müsyö Nikolya Sarkozini bir az da yaxından tanıyaq. Sarkozi, ənənəvi fransız siyasətçi tipinə zidd davranışları illə yadda qalır. Tərcümeyi-halını yazan Nikolya Domenaç Sarkozinin İngilis siyasətindən çox təsirləndiyini bildirərək onun Toni Bleyer heyranı olduğunu söyləyir. Mediadan çox yaxşı istifadə edir. Xalqın istədiyi dildə danışa bilir. Kiminləsə arasında məsafə saxlamır. Xalqdan uzaq, elit bir dövlət adamı portreti yerinə fransız xalqının alışmadığı bir səviyyədə sadə, hər kəsə açıq bir görüntü verir."

Atası cəngavərlik ordeni sahibi idi

[redaktə | mənbəni redaktə et]

Macar tarixçisi Sandor Mosoniye görə, 17-ci əsrin başlanğıcında Macarıstan Kralı II Ferdinand dövründə, Osmanlılara qarşı döyüşən və böyük qəhrəmanlıqlar göstərən Sarkozi ailəsi, zadəgan titulları və kiçik bir qəsr ilə mükafatlandırıldı. Macar Kralı II Ferdinand tərəfindən zadəgan və cəngavər titulları ilə mükafatlandırılan Sarkozilərin öz kəndləri Allatyanda bir qəsrə də sahib olduqlarını yazan tarixçi Mosoni, Sarkozilərə aid qəsrin II Dünya müharibəsindən sonra kommunistlər tərəfindən dövlətləşdirilərək dağıdıldığını yazır.

Atası Pal Sarkozi, 1928-ci ildə Budapeştdə macar bir aristokrat ailədə doğulmuşdur. Ailəsi, Budapeştin 92 kilometr şərqində Szosnok yaxınlarında Allatyan kəndində sarayı və torpaqları olan kiçik bir qəsr və torpaqlara sahib idi. Babası yəhudi olmasına baxmayaraq katolikliyi qəbul etmişdi. Pal Sarkozinin atası və babası, seçimlə təyin olunan bir məmur vəzifəsində çalışırdılar.

Göldə boğuldu yalanı

[redaktə | mənbəni redaktə et]

Sovet Ordusu 1944-cü ildə Macarıstana girdiyi zaman Srkozilər ölkəni tərk edir. Ailə müharibədən sonra Macarıstana döndü, ancaq sahib olduqları hər şey talan edilmişdi. Pal Sarkozinin atası az sonra vəfat etdi. Anası Macar ordusuna məcburi şəkildə çağırılmasından qorxduğu üçün Sibirə getdi. Anası dövlət məmurlarına Balaton gölündə boğulduğunu bildirdiyi oğlu Pal Sarkozi, Avstriyadan Almaniyaya qaçdı. Avstriya və Almaniyada çətin günlər keçirdikdən sonra, Pal Sarkozi Almaniyada fransız ordusunun qərargahının olduğu sərhəddəki Baden-Badenə gəldi və fransız əcnəbi alayına fəhlə qəbul edən bir məmur ilə qarşılaşdı. Beş ilə qədər işlədi və fransız əcnəbi alay qərargahının yerləşdiyi Əlcəzairdəki Sidi Bel Abbəsə təlim üçün göndərildi. Orada xidmətə yarasız olduğu üçün Hindi-Çinə götürülmədi və 1948-ci ildə Marseldə mülki həyat tərzinə qayıtdı və adını fransızlaşdıraraq "Pol Sarkozi dö Naqi-Boksa" kimi dəyişdirildi.

Pol Sarkozi sənətkarlıq istedadından istifadə edərək reklamçılıq sektoruna girmək üçün 1949-cu ildə tamamən Fransaya köçdü və Nikolya Sarkozinin anası madam Andree Mallah ilə tanış oldu və onunla evləndi. O zamanlar madam Mallah Parisdə yaşayan bir doktor qızı idi və hüquq təhsili alırdı.

Anası Səlanik (Saloniki) yəhudilərindən idi

[redaktə | mənbəni redaktə et]

O vaxt bir hüquq tələbəsi olan Andree Mallahın atası Benedikt Mallah Parisdə şöhrət qazanmış bir uroloq idi. Benedikt Mallah əslən, orta əsrlərdə Avropa dan qaçan və Osmanlı Dövləti tərəfindən sığınacaq verilmiş Səlanik (bugünkü Yunanıstandakı Saloniki) əsilli bir seferat yəhudisidir. Yəhudi nəsil şəcərəsinə görə Mallah ailəsi, Səlanikə Fransanın cənubunda yerləşən Provens əyalətindən təxminən orta əsrlərdə baş verən yəhudi köçü zamanı gəlmişdir. Bir zərgərin oğlu olan Benedikt Mallah, Osmanlı dövründən sonra 1904-cü ildə, 14 yaşında ikən, Parisində cənub nüfuzlu bir məktəb olan Lakanala liseyinə daxil olmaq üçün Səlaniki tərk etmişdi. Tibb təhsili alan Mallah, diplomunu aldıqdan sonra Fransada yaşamağa qərar verdi və fransız vətəndaşı oldu. Benedikt Mallah Birinci Dünya müharibəsi ərəfəsində fransız ordusunda həkimlik etmiş və Lionun burjua ailələrinin birindən olan, müharibə zamanı dul qalmış Adele Bouvier (1891–1956) ilə tanış olmuş və onunla 1917-ci ildə evlənmişdir. Nikolya Sarkozinin nənəsi olan Adele Bouvier də fransız xalqının əksəri kimi bir katolik idi. Dindar adam olmayan Benedikt Mallah, Adelenin ailəsinin istəyi səbəbiylə Bouvierle evlənərkən katolik inancını da qəbul edir. Benedikt Mallah və ailəsi katolik olmalarına baxmayaraq II Dünya Müharibəsində yəhudi əsilli olmaları səbəbi ilə almanlara təslim edilməməkləri üçün Korrezedəki kiçik bir kəndə sığınaraq gizlənmək məcburiyyətində qalmışdı.

Nikolya ikinci övlad olaraq dünyaya gəldi

[redaktə | mənbəni redaktə et]

Bu evlilikdən sonra Sarkozi ailəsi 3 övlad sahibi oldular. Nikolya Sarkozi, 28 yanvar 1955-ci ildə Parisdə ailəsinin ikinci oğlu kimi dünyaya gəlmişdir. Sadəcə Nikolya Sarkozi kimi tanınan fransız siyasətçinin iki qardaşı da vardı: Özündən böyük qardaşı 1952-ci il təvəllüdlü Guillaume, toxuculuq sənayesi ilə məşğul olmaqda və 1957-ci il təvəllüdlü François isə, uşaq həkimi və eyni zamanda da bir bioloqdur.

1959-cu ildə ata Pol Sarkozi, həyat yoldaşını və uşaqlarını tərk etdi. Daha sonra iki dəfə evləndi və ikinci evliliyindən iki övladı oldu: qızı Karolin və oğlu Olivye. Pol Sarkozi ailəni tərk etdikdən sonra Andrea uşaqlarını böyütmək üçün yarımçıq qalmış hüquq təhsilinə yenidən başladı. Nant vəkillər kollegiyasında vəkillik etdi.

Nikolya yaxşı şagird deyildi

[redaktə | mənbəni redaktə et]

Nikolya Sarkozinin uşaqlığı Paris XVII de, daha sonra da Neuilly-sur-Seinedə keçmişdir. Xüsusi Saint-Louis de Monceau Liseyində oxuyarkən olduqca pis bir şagird idi. 6-cı sinfi Chaptal Dövlət Liseyində oxudu və sinifdə qaldı. 1973-cü ildə ailəsiylə Neuillydə məskunlaşdılar Nikolya Sarkozi 1974-cü ildə UDR — ə (Respublikaçı Demokratlar Birliyi) üzv oldu. Jacques Chaban-Delmas’ın seçilməsi üçün fəaliyyət göstərdi. 1976-cı ildə yeni qurulan RPR partiyasına (Respublikaçılar Birliyib — De Qolçular) üzv oldu.. 1980-ci ildə Jak Şirak tərəfdarı olan gənclərin dəstək komitəsinə başçılıq etdi. Müxbirliklə vəkillik peşələri arasında tərəddüt etdikdən sonra son anda vəkillik vəsiqəsi (CAPA) alaraq bir mənada anasının iziylə getdi. Sarkozi 1983-cü ildə Neuilly-sur-Seine Bələdliyə başçısı seçildi. Nikolya Sarkozinin sonrakı siyasi həyatı uğurlu oldu. 1987-ci ildə Daxili İşlər nazirliyi nəzdində kimyəvi və radioaktiv məsələlərə aid işlər üzrə bir vəzifədə çalışdı. Çernobıl atom stansiyası faciəsi ərəfəsində hökumətin müşaviri işləyirdi. Sarkozi 34 yaşında millət vəkili, 38 yaşında Maliyyə naziri oldu.

Sarkozi nikahın kəsdiyi qadınla evləndi

[redaktə | mənbəni redaktə et]

1984-cü ildə Neuilly Bələdiyyə sədri kimi Cécilia Ciganer-Albeniz ilə məşhur TV animatoru Jak Martinin nikahlarını kəsdi. Ancaq qadın 1989-cu ildə həyət yoldaşını Nikolya Sarkoziyə görə tərk etdi və 1996-cı ildə evləndilər. 1997-ci ildə Louis adlı bir oğulları oldu. 1993-cü ildə Neuillydə son dərəcə dramatik və mediatik bir hadisə yaşandı. Bir ailədə uşaq girov götürülmüşdü. Nikolya Sarkozi Daxili işlər naziri olan Şarl Pasquadan uşağı girov götürənlə görüşmək üçün səlahiyyət aldı. Bütün Fransa TV ekranından onu qucağında xilas etmiş olduğu uşaqla çıxarkən seyr etdi. O artıq bir qəhrəman idi. Həmin il keçirilən seçkilərdə sağ partiyalar səslərin çoxunu qazandı. Nikolya Sarkozi Neuilly millət vəkili seçildi. Seçkilərdən sonra qurulan Eduard Balladur kabinəsində Maliyyə naziri oldu. Bu sayədə siyasəti içəridən öyrənməyə başlayan Sarkozi mediatik bir imicə sahib oldu.

Fitə basıldı

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Balladurun prezidentliyə namizədliyini dəstəklədi. Ancaq seçkilər nəticəsində Jak Şirak prezident oldu. Sarkozi partiyada inamını itirdi. Alan Juppé hökumətində ona nazirlik verilmədi. 15.10.1995 tarixli bir RPR partiya yığıncağında fitə basıldı. Sarkozinin büdcəni idarə etmək tərzi tənqid edildi. Dövlətin borclarını azaltmaması və sağlamlıq sığortası barədə islahatlar etməməsi tənqid edildi. 1999-cu ildə qısa bir zaman ərzində RPR-ə sədrlik etdi və Avropa Parlamentinin seçkilərində ağır məğlubiyyətə uğradılar. Bu vəziyyət qarşısında partiyadakı bütün öhdəliklərdən imtina edərək siyasətdən uzaqlaşaraq kitab yazmağa başladı. Kitabının adı belə idi: "Libre" – yəni "Azad" 2002-ci ildə Jak Şirakın yenidən prezident seçilməsində aktiv iştirak etdi. Yenidən seçilən prezident Jan-Pier Raffarini Baş Nazir təyin etdi. Nikolya Sarkozi isə daxili işlər naziri oldu. Yəni hökumətin 2 nömrəli adamı idi. Sarkozi Sərt bir idarə tərzi göstərməyə başladı. Onun üçün ilk problem təhlükəsizlik idi. təzyiqə dayanan siyasətini gücləndirərkən "Söz deyil, hərəkət lazımdır" şəklində bəyanatlar verirdi. 2004-cü ildə, Jean-Pierre Raffarin hökumətində Dövlət naziri ilə iqtisadi, Maliyyə və Sənaye nazirli vəzifələrində çalışdı. Əvvəlcə büdcə kəsirlərini aradan qaldırmaq istəyini həyata keçirə bilmədi. Bu istəyin qarşısı prezident tərəfindən əngəlləndi. Çünki açıq-aşkar 2007-ci ildə prezidentliyə namizəd olacağını bildirmişdi. Bundan əlavə Alan Juppénin istefasından sonra UMP sədrliyinə də göz dikmişdi. Bundan sonra 14 iyun 2004 tarixli çıxışında Jak Şirak ondan o vəzifəsi ilə nazirlik arasında seçim etməsini istədi. Prezident "qərarları mən verirəm, o icra edir" deyə bildirdi. Bir neçə ay sonra keçirilən birinci UMP konqresində Nikolya Sarkozi, səslərin yüzdə 85,1-ini qazanaraq UMP-yə sədr seçildi. Ertəsi gün istefa etməsi haqqında ərizəni Jak Şirak və Jan — Pier Raffarinə təqdim etdi.

Nazirlik etdiyi dövrdə həyat yoldaşını baş müşavirlərindən biri olaraq təyin etdi. Həyat yoldaşı daha sonra UMP sədrliyində şəxsi katibəsi oldu. 29 may 2005 tarixində keçirilən tarixi Avropa konstitusiyası referendumu istənilən nəticəni verməyincə, Jan-Pier Raffarin hökuməti 31 may 2005 tarixində istefa etdi. 2007-ci ildən etibarən, Sarkozi mərkəz sağ partiyası UMP-nin sədri və Yeni hökumətdə də Daxili işlər naziri oldu.

Ailədən gələn xüsusiyyət

[redaktə | mənbəni redaktə et]

Sarkozinin anasını tərk edən ata Pol Sarkozinin hələ də barmağında gəzdirdiyi, üzükdə olan kiçik qılınc götürmüş aslan şəklinin "Türklərə qarşı göstərilən qəhrəmanlığa görə" 1628-ci ildə verilən cəngavərlik titulunu təmsil etdiyini bildirən Macar tarixçi, Sarkozinin türk düşmənçiliyi, fransız keşişləri, xaç yürüşləri və Beşinci Karldan tez-tez bəhs etməsini, tarixdən gələn ailə xüsusiyyətlərinə bağlayır.

Eyni zamanda II Dünya Müharibəsindən əvvəl Macarıstandan Fransaya köçmüş ata Pol Sarkozinin kiçik yaşda özünü və yunan yəhudisi olan fransız vətəndaşı anasını tərk etməsini bağışlamayan Nikolya Sarkozinin yaşayan atası ilə görüşmədiyi bildirilir.

Milliyyətçi və populist bir fikrə sahib olması, "Sarkozi populist münasibətilə Avropa İttifaqını tamamilə məhv edə bilər" deyə onun tənqidlərə hədəf olmağına səbəb oldu. "Le Meilleur des Mondes" adlı jurnala müsahibə verən Sarkozi, Türkiyənin üzvlüyünü Avropada yaşayan müsəlmanların inteqrasiyası problemini də dərinləşdirəcəyini bildirdi. Nikolya Sarkozi, Türkiyənin Avropa Birliyinə qəbul olunmasına etirazını iki təməl səbəbə bağlayır: Birincisi, Türkiyənin üzvlüyünün reallaşacağı təqdirdə Avropa qitəsindəki müsəlmanların yaşadıqları toplumla bütünləşdirilməsinin çətinləşəcəyi narahatlığı; İkinci məsələni isə Sarkozi belə aşıqlayır: "Hazırda bu məsələdə problem yaşayırıq. Bu da Avropada İslam məsələsini ortaya çıxarır. Bunun bir problem olmadığını söyləmək həqiqətlərdən qaçmaqdır. Əgər 100 milyon müsəlman türkə qapıları açarsanız, bunun nəticələri nə olacaq?" deyə soruşur. Nikolya Sarkozi, güclü etirazlara səbəb olan Həzrəti Muhammədə qarşı iyrənc karikaturaları yenidən nəşr etdiyi üçün məhkəməyə verilən satirik jurnalı dəstəklədi. Məhkəməyə məktub göndərən Sarkozi, özünün də bu jurnal tərəfindən satira atəşinə tutulduğunu və bu karikaturaların söz azadlığı adına nəşr edildiyini açıqladı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]