Fransa qızılgülü (lat. Rosa gallica)[2] - i̇tburnu cinsinə aid bitki növü.[3]
Fransa qızılgülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Fransa qızılgülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi və Mərkəzi Avropada, Türkiyə və Qafqazada rast gəlinir.
Hündürlüyü 1 m-dək olan çoxillik, budaqlı koldur. Bitkinin mil kökü torpaqda bir neçə metr dərinliyə qədər uzanır. Cavan zoğları yaşıl və ya açıq yaşıl rənglidir. Qocaldıqda qonurlaşır və boz rəngli olur. Gövdələri müxtəlif ölçülü və formalı iynələrlə örtülmüşdür. Yarpaqları növbəli, uzun saplaqlı, mürəkkəb, cüt olmayan lələkvaridir. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək, sadə, yarımcoxləçəkli və ya çoxləçəkli olur. Erkəkcikləri və dişicikləri çoxsaylıdır. Meyvəsi şarşəkilli və ya yumurtavaridir.
Münbit, rütubətli torpaqlarda yaxşı bitir. İstiyə davamlıdır.
Böyük Qafqaz və Talışda (Lerik) təbii halda rast gəlinir.
Təbabətdə ləçəklərindən alınan yağdan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.