Fransisko Rodriges

Fransisko Rodriges (15 iyun 1984, Quadalaxara22 noyabr 2009) — Meksikalı yarıyüngül çəkili boksçu.

Fransisko Rodriges
(ing. Francisco Rodriguez)
Ümumi məlumatlar
Ləqəbi Pako (Paco)
Çəkisi yarıyüngül çəki
Boyu 170
Qol açılışı 174
Doğum tarixi 15 iyun 1984(1984-06-15)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2009(2009-11-22) (25 yaşında)
Dəfn yeri
Stili ortodoks
Duruşu solaxay
Nəticələri
Döyüş 17
 • İlk yanvar 2005
 • Son noyabr 2009
Qələbə 14
Nokautla 8
Məğlubiyyət 3
Heç-heçə 0
Natamam 0

Həvəskar karyera

[redaktə | mənbəni redaktə et]

Pako ləqəbli idmançı 1984-cü ildə Meksikada dünyaya gəlmişdi, həvəskar karyerası müddətində 5 dəfə Çikaqoda keçirilmiş Qızıl Əlcək yaşının və həmçinin 2001-ci ildə keçirilmiş Beynəlxalq Qızıl Əlcək çempionatının qalibi olmuşdur.

Peşəkar karyera

[redaktə | mənbəni redaktə et]

Peşəkar karyerasında ilk döyüşün 2005-ci ilin yanvarında keçirtmişdir. Ümumilikdə keçirdiyi 17 döyüşün cəmi 3-də rinqi məğlub tərk etmişdir.

Rodriges 2009-cu ilin noyabr ayının 20-də məğlubedilməz kimi tanınan amerikalı boksçu Teon Kennedi ilə keçirdiyi döyüşün 10-cu raundunda özünü piss hiss edərək yerə yıxılmış və təcili yardım ilə xəstəxanaya çatdırılan boksçunu həyatda cəmi iki gün saxlamaq ümümkün olmuşdur, həkimlərin səyinə baxmayaraq noyabırın 22-də Fransisko Rodriges gözlərinin əbədi olaraq yumdu.

Miras, Yeni Həyat

[redaktə | mənbəni redaktə et]

Rodrigesin ölümündən sonra onun daxili orqanları ailəsinin razılığı ilə tranplantasiya edilərək (hər iki böyrəkləri, mədəaltı vəzisi, ağciyəri və ürəyi) orqan çatışmazlığından əziyyət çəkən xəstələrə köçürüldü. Onun ailəsi hər ad günündə orqanları köçürülmüş insanları bir yerə toplayaraq Rodrigesin qəbri üzərinə gedib onun məzarda olmasına baxmayaraq orqanları yaşadığına görə təsəlli tapırlar. Həqiqətəndə Pako onlar üçün fədarak qəhrəmandır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]