Fransisko de Orelyana (isp. Francisco de Orellana; 1511[1][2][…] və ya 1505 – 1546[1][3][…], Amazonka deltası) — İspaniya səyyahı və konkistadoru (adelantado), Amazonun kəşfçisi, çayı bütün uzunluğu boyunca üzən ilk avropalı.
Fransisko de Orelyana | |
---|---|
isp. Francisco de Orellana | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1511[1][2][…] və ya 1505 |
Vəfat tarixi | 1546[1][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik[4] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1541-ci ildə Kitoya ekspedisiyası zamanı Qonsalo Pisarronun generalı olmuşdur. Fransisko Pisarro ilə birlikdə Perunun fəthində iştirak etmişdir. Orelyana Amazon çayı boyunca ekspedisiya təşkil etmişdir. 26 avqust 1542-ci ildə çayın mənsəbinə çatan Orelyana 24 iyun 1542-ci ildə İkamiyaba yerlilərinin hücumuna məruz qalmışdır. O, qeydlərində hadisəni "qadın döyüşçülərin hücumu" kimi təsvir etdiyi üçün bu çay mifik amazonların şərəfinə adlandırılmışdır.[6]