Kito (isp. San Francisco de Quito) — Ekvadorun paytaxtı, həmçinin siyasi, iqtisadi və mədəni mərkəzi. Qədim hindu xalqı kitunun şərəfinə adlandırılıb.
Kito | |
---|---|
0°13′12″ c. e. 78°30′45″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 6 dekabr 1534 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.850 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +593 2 |
Poçt indeksi | EC170150 |
Digər | |
quito.gob.ec | |
Vikianbarda əlaqəli mediafayllar |
Kito Cənubi Amerikanın şimal-qərbində, And dağları arasında Piçinça vulkanının cənub ətəyində yerləşir. Şəhər ekvatordan 24 kilometr cənubdadır, sahəsi 290 km²-dir.
2005-ci il siyahıyaalınmsına görə əhalisi 1 856 501 nəfərdir. Kito əhali sayına görə Ekvadorun ikinci şəhəridir, birinci şəhər Santyaqo-de-Quayakildir. Milli tərkibinə görə qarışıqdır. Əhalinin beşdə ikisi keçua xalqının nümayəndələri, beşdə ikisi — ispan-hindu metisləri, beşdə biri zəncilər, az bir hissəsi isə Avropa və Asiyadan gələnlərdir.
Şəhər əhalisinin böyük əksəriyyəti katoliklərdir.
Kito Ekvadorun mədəni və elm mərkəzidir. Şəhərdə Ekvador Katolik Universiteti, Ekvador Mərkəzi Universiteti, Milli Qadın Kolleci, Qadın Pedaqoji İnstitutu, Milli Siyasi Məktəbi, Milli Musiqi Akademiyası və digər ali məktəblər vardır. Kitoda observatoriya da vardır. Ekvador Elmlər Akademiyası və Tibb Akademiyası da fəaliyyət göstərir.
Kitoda Milli Kitabxana, Bələdiyyə kitabxanası və Mərkəzi Universitetin Kitabxanası vardır.