Fransua Delsart — fransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi.[1]
Fransua Delsart | |
---|---|
François Alexandre Nicolas Chéri Delsarte | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Fransa |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Teatr pedaqoqu, musiqiçi, müğənni, aktyor, vokal sənəti nəzəriyyəçisi |
Səs tembri | tenor |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1826–30-cu illərdə Parisdə A.Koronodan, nəğmə dərsləri almış, daha sonra konservatoriyada A.Qarode və L.A.Ponşar – atanın tələbəsi olmuşdur. “Opera-Komik” teatrında çıxış etmişdir. Artistlik fəaliyyətindən çox tez uzaqlaşmış, Parisdə Şatel abbatlığının xormeysteri olmuşdur; kilsə nəzdində nəğmə kursları açmışdır. Paris konservatori yasında dərs demişdir. Aktyorlar Raşel, B.K.Koklen onun şagirdləri olmuşlar.[1]
İsveçrə fizioqnomika nəzəriyyəçisi İ.K.Lafater, həmçinin F.A.Mesmer, J.Q.Debüro və başqalarının ona təsiri olmuşdur. Aktyor hazırlamaq üçün öz sistemini işləyib hazırlamışdır. Sistem Delsartın şagirdlərindən olan Amerika dramaturqu, aktyor və rejissor S.Makkey (1869–70-ci illərdə Delsartın dərslərində iştirak etmişdir) tərəfindən qeydə alınmış və 19-cu əsrin sonlarında geniş yayılmışdır.[1]
Delsart səs texnikası ilə bərabər, aktyor sənətinin bütün komponentlərini də tədqiq etmişdir. Delsart aktyor oyununun kodifikasiyasına ilk təşəbbüs göstərənlərdən biridir. Onun formulə etdiyi “Hərəkətin 9 qanunu” (“hərəkət”, “ritm”, “reaksiya”, “ifadəlilik” və s.) müasir teatr pedaqogikasında da tətbiq olunur.[1]
Delsartın nəzəriyyəsi modern rəqsin təşəkkülündə başlıca rol oynamış, E. Jak-Dalkroz, T. Şoun, R. fon Laban və K. Yossun yaradıcılığında inkişaf etdirilmişdir. Vokal sənəti nəzəriyyəsinə dair əsərlərin, fortepiano ilə səs üçün metodik vəsaitlərin müəllifidir, Delsart həmçinin intonasiya təmizliyinə nəzarət edən cihaz işləyib hazırlamışdır. [1]