Fransua Rable

Fransua Rable (ən tezi 1483ən geci 1494ən tezi yanvar 1553ən geci 14 mart 1553, Paris, Fransa krallığı[2]) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi.

Fransua Rable
fr. François Rabelais
Təxəllüsü Seraphin Calobarsy, Alcofribas Nasier[1], Maistre Alcofribas Nasier[1], M. Alcofribas[1]
Doğum tarixi ən tezi 1483ən geci 1494
Vəfat tarixi ən tezi yanvar 1553ən geci 14 mart 1553
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, həkim
Fəaliyyət illəri 1532-ci ildən
İstiqamət humanizm
Tanınmış əsərləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub.

O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir.

Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir.

17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir. Bu dövrdə Rable hələ yazıçı olacağı barədə tam qərara gəlməmişdi və daha çox elmi fəaliyyətlə məşğul olurdu.O,bir müddət astronomiya,təbabət və arxeologiya elmləri ilə ciddi məşğul olmuş,daha doğrusu,1532-1533-cü illərdə tibb sahəsində və hüquq sahəsində olan antik əsərlər üçün (Hippokrat,Halen)hazırladığı izahatları və təqvimləri çap etdirmişdir.Onun astronomiya,təbabət sahəsində boyük təcrübəsi vardı.

Rablenin belə universal biliklərə sahib olması,heç şübhəsiz ki,İntibah dövrünün tələblərindən irəli gəlirdi.Avropa İntibahının bütün digər titanları (Dante, Petrarka, Roterdamlı Erazm, T. Mor, Şekspir və s.) kimi, Rable də bir sıra elmlərlə məşğul olmuş və məşğul olduğu bütün bu sahələrdə böyük uğurlar qazanmışdır.Məşhur yazıçı olduqdan sonra da Rable elmi araşdırmalardan uzaqlaşa bilməmiş, təbabətə və arxeolaogiyaya aid elmi əsərlər yazaraq,onları çap etdirmişdir.Hətta,böyük yazıçı,qələmə aldığı yeganə romanını formaca qeyri-ciddi üslubda(nağılvari)yazsa da,bu əsərdə çox ciddi məsələlərə toxunmuş,məşğul olduğu ən ciddi elmlərin nəaliyyətlərini burada əks etdirmişdir.

Fransua Rable dünya mədəniyyəti tarixinə ilk növbədə "Qarqantüa və Pantaqrüel" romanının müəllifi kimi daxil olmuşdur. Bu əsərin yazılmasının ilk səbəbi kimi,1532-ci ildə,o zaman Rablenin yaşadığı Lion şəhərində, "Nəhəng bədheybət Qarqantüa haqqında böyük və qiymətli olmayan xronikalar" adlı müəllifsiz bayağı bir roman çap olunmuşdur.Bir sıra fırıldaqçı "Qarqantüanın əvvəlcədən verdiyi xəbərlər" adı altında dalbadal astronomik kitabçalar çap etdirməyə və bu yolla ucuz qazanc əldə etməyə çalışır.Fransua Rable Qarqantüa obrazının ,eləcə də,ümumiyyətlə bu mövzunun o dövr üçün müəyyən əhəmiyyət kəsb edə biləvək mətləbləri ifadı etmək üçün çox böyük ədəbi-bədii potensiala və imkanlara malik olduğu hiss edirvə bu qiymətli mövzunun korlanmasının qarşısını almaq məqsədilə tez-tələsik ,guya bu əsərin davamı olan "Pantaqruel"hissəsini yazıb çap etdirir.Bu əsərin çox böyük uğur qazandığını görən yazıçı bundan sonra romanın qalan hissələrini də yazmağa başlayır və beləliklə,533-cü ildən yazmağa başladığı bu roman ömrünün sonuna qədər davam etdirir.Belə ki,bu romanın beşinci,sonuncu kitabı Rablenin ölümündən sonra-1564-cü ildə işıq üzü görmüşdür.

Rablenin yaşadığı dövr Avropanın tarixində ən ağır dövrlərdən biri idi.Bir tərəfdən geniş xalq kütlələrnin avamlığı,digər tərəfdən dövlət məmurlarının nadanlığı və ən nəhayətcəmiyyət üzərində tam hökümranlıq edən din xadımlərinin vəhşiliyi fərqli,azad fikir söyləməyə imkan vermirdi.Bu addım atanlar buna cəsarət edənlər inkvizsiyanın ən ciddi hökmləri ilə üzləşir,ya tonqallarda yandırılır,ya ömürlük zindanlara atılır,ya da ki,muzdlu qatillər tərəfindən qətlə yetirilirdi.Rable isə nəinki fərqli fikirlər söyləyir,azadfikirlilik nümayiş etdirirdi,o,mövcud cəmiyyətin,ictimai –siyasi quruluşun,din ehkamlarının və hökümranlığının əsaslarını,ana stünlarını dağıdırdı.A.K.Civeleqov tam haqlı olaraq yazır: "Rable bu köhnəliyə pəhləvan zərbələri endirdi,elə zərbələr ki, Qarqantüanın dəyənəyinin zərbələrindən Ved qalasının divarları və qülllələri necə dağılırdısa,bu köhnəliyin sütunları da eləcə dağılırdı.Rableni hər yandan söyürdülər.O,müdafiə olunurdu,maskalanırdı,manevrlər edirdi və qaragürahun ən amansız təzyiqlərinə baxmayaraq,bu həddindən artıq çətin də olsa belə,tonqala düşmürdü-bunu bacarırdi.

Rable təxminən 8 aya yaxın Romada yaşayır.Bu zaman Roma papası VII Klimenti III Pavel əvəz edir.Vaxtının çoxunu papa iqamətgahında keçirən Rable burada da "səmərəli işlərlə" məşğul olur,o,saray bağçasında bir sıra ona məlum olmayan tərəvəz və bitkilər aşkar edir ,onların toxumunu toplayaraq Fransaya göndərir.Romadan qayidanadan sonra isə o,bir müddət botanika elmi ilə məşğul olur.Rable eyni zamanda ,təbabətlə,astronamiya və arxeologiya ilə də məşğul olur.Sanki romanın üçüncu hissəsini yazmaq haqqında düşünmür.Əslində isə o bu barədə düşünürdü,özüdə çox ciddi düşünürdü.

Nəhayət,1546-ci ildə romanın "Üçüncü kitabı" çapdan çıxır.Lakin Rablenin özünü qorumaq üçün etdiyi bütün ciddi-cəhdlər hədər gedir.Bu zaman kilsə qanunları və inkvizisiya tüğyan edirdi.Onun keçmiş dostu Etyen Doleni tonqalda yandırılır.1548-ci ildə "Dördüncü kitabın birinci hissəsi çapdan çıxır". 1552-ci ildə yazıçı bu kitabı da yazıb bitirir.Bu kitab da əvvəlki kitablar kimi,din məhkəməsinin qərarı ilə qadağan edilir.Hətta bu zaman onun yaşadığı Lion şəhərində söz-söhbət gəzirmiş ki,guya Rable həbs edilib. Parisdə onun izinə düşmək cəhidləri boşa çıxır.Rable sanki qeybə çəkilmışdı.Rable 1553-cü ildə Parisdə vəfat edib və elə o çəhərdə də dəfn edilir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Qarqantüa və Pantaqrüel" romanının ən böyük məziyyəti,onun ən yüksək yumora malik olmasıdır.Bəzən bu yumor qərəzsiz, şirin və xoşməramlıdır;əksar hallarda isə o,zəhər kimi acı,iti qilınc kimi kəsərlidir.

Rable öz dövrünün məmurlarının kütbeyinliyini,qanmazlığını göstərmək üçün heç də uzağa getmi,uzun-uzun araşdırmalar aparmır,adicə olaraq Qarqantüanın onlara qonaq gəlmiş saray əyanlarına atlarına yer göstərməsi səhnəsini təsvir edir:tövlədə bütün tlara yer olmadığından körpə Qarqantüa hersoq de Franrep və qraf de muyevanın atlarını bağlamaq üçün eşikağasını və cənab Panesakın mehtərini öz taxta atlarını saxladığı saray qülləsinin lap yuxarı mərtəbəsinə qaldırır.Nəhayət,axırda ələ salındıqlarını başa düşən və etiraf edən bu adamlara isə Qarqantüa "Axmaqlar bir ağaclıqdan tanınır",deyir.

Əsərdə Rable 5 məsələni tənqid edir və oxucunu da 5 məsələ düşündürür. 1)Təlim tərbiyyə 2)Müharibə 3)Utopik cəmiyyətin təsviri 4)Dinin tənqidi 5)Adil hökümdar surəti.

I.Təlim tərbiyyə-romada diqqəti cəlb edən və bu gündə aktual və əhəmiyyətli olan təhsil,təlim-tərbiyyə problemi də çox maraqlı şəkildə təvsir olunmuşdur.Qranquzye oğlunu ağıllı,tərniyyəli görmək istəyir və onu oxumaq üçün Tubal Olofern adlı məşhur bir alimə tapşırır.Lakin bu alim Qarqantüaya əlifbanı elə əzbərlədir ki,..."uşaq onu başdan-ayağa və tərsinə,su kimi rəvan oxuya bilir".Axırda atası görür ki,bu alimin öyrətdiklərinin nəticəsi olaraq oğlu "Qarqantüa nə qədər çox oxiyurdusa,bir o qədərdə sayıqlayırdı" .Bundan sonra Qarqantüa Ponokrat adlı başqa bir müəllimin yanına qoyulur.Ponokrat isə onu səhər tezdən yuxudan oyadır,yeməkdən əvvəl gəzintiyə aparır,köhnə dərsləri təkarar etdirir və s.

II.Müharibə-burada Rable o dövrdə baş verən müharibələrin mənasizlığından danışır.Pikrokol Qranquzye ilə müharibə edir.Rable bu müharibəni təsvir etməklə oxuculara müharibələrin mənasiz,səbəbsiz,bəhanə ilə başlanmasını çatdırır.Lerne şəhərindən gələn Pikroxolun qutabsatanları ilə Qranquzyenin çobanları mənasız bir iş üstündə dalaşırlar.Qutabsatanlar çobanlara qutab satmaqdan imtina edirlər.Çobalar onlardan güclə qutabları alib ,pulun verib yaxşıca əziüdirirlər.Bundan sonra Qranquzye ilə Pikroxol arasinda mənasız müharibə başlayır.Lakin sülh tərəfdarı olan Qranquzye muharibəni sülhlə bitirmək istədisə də,amma Pikroxol istəmir müharibəni davam etdirir.Sonda Qranquzye və Qarqantua qalib gəlir.

III. Utopik cəmiyyətin təsviri-Rablenin yaratdığı bu cəmiyyət xəyali idi onun xəyallarındakı düşüncəsindəki cəmiyyət idi. Bu mövcud olmayan cəmiyyət idi ki,Rable bele bir cəmiyyətin olmasını arzu edirdi.Utopik cımiyyət kimi burada Telem abbatlığını verir.Romanın elə ən maraqlı hissələrindən biridə Telem abbatlığı mövzusudur.Bu abbatlığın adı rahibin adı ilə bağlıdır.Belə ki,müharibəni qələbə ilə başa vuran Qarqantua dostlarını mükafatlandırır.Jan Qarqantuadan mükafat əvəzinə "öz səliqəsi ilə monastır" düzəltməyə icazə istəyir və beləliklə,Telem abbatlığını yaranır.Bu monastır başqa monastırlardan fərqli olur;hasarı olmur,çünki,onun fikrincə,hasar "zindan,darisqallıq və çəkişmə"deməkdir,burada isə azadliq,şənlik olmalıdır. Abbatlığın devizi isə belə idi: "Nə istıyirsən et!".

IV. Dinin tənqidi-dinin tənqidini ayrıca kitab şəklində verməyib. Təxminən giriş kitabın hər hissəsində bir dinin tənqidi verilib.Dinin tənqidi "Pantaqruelin Papamilər adasına gəlib çıxması" hissəsində verilmişdir.Bu adanın sakinləri üzlərini görmədiyi papani allah sayır ona sitayiş edirdilər.Papa insanları cahil ,özlərinə itayətdə saxlayırdılar.Pəhriz adasi adalanan ada var idi ki,bu adanın da sakinləri papanı allah sayır onun üçün günlərlə pəhriz saxlayırdilar.Papaya itaət etmiyənləri isə cəzalandırırdılar.

V. Adil hökümdar surəti-Adil hökmdar obrazı üç palnda verilir: Qranquzye,Qarqantua və Pantaqrueldi.Qranquzye-maarifçi obraz olmasada lakin xalqını düşünən,xalqının rifahı üçün çalışan və sülh tərəfdarı olan bir obrazdır.Qarqantua-bu obraz Telem kimi abbatlığı himayəsi altına alan bir obrazdır.Pantaqruel-bu obrazların içərisində ən maarifçi və həm filosof hökmdar həm də hökmdar filosofdur.

Əsər də əsas 3 obraz seçilir.I.Xeyrxah kökümdar-3 variantda verilir. Bunlar bir birindən az seçilən Qranquzye,Qarqantua və Pantaqrueldir. II. Panurq obrazı-romanın ən maraqlı qəhrəmanlarından biri də Pnurqdur.Bu adın hərfi mənası "Hər şey edən"deməkdir.Panurq türklərin əlində əsir olmuşdur və burada onu qizartmq istəyirlər.Lakin bir möcüzə nəticəsində o canını qutarmağı bacarır.Romanın canı,demək olar ki,Panurqu həmişə düşündürən bir suala-o,evlənsin ya evlənməsin-?cavab tapmaq üzərində qurulur.Bu o qədər çətin sual olur ki,heç kim ona cavab vere bilmir.Panurq-şən,çox hazırcavab,hər şeyi lağa qoyan,pul qazanmağın 63 yolunu bilən əyyaş və bədxərc ictimai növün tipik nümayəndəsidir. III.Rahib Jan-xeyrxah ,cəsur,həyatı sevən və o xalq gücünün təcəssümüdür.Telem abbatlığı kimi bir yerin qurucusudur.

Rable öz romanı ilə bədii realizmin o zaman mümkün olan bütün formalarını həddindən artıq genişləndirdi və dərinləşdirdi. Əsrlər boyu insanları güldürə-güldürə, əyləndirərək onları tərbiyyə etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Archivio Storico Ricordi. 1808.