"Qarqantüa və Pantaqrüel" (fr. La vie très horrifique du grand Gargantua, père de Pantagruel) — fransız yazıçısı Fransua Rable XVI əsrdə yazdığı satirik roman pentalogiyası. 5 kitabdan ibarət olan əsər Qarqantüa və Pantaqrüel adlı iki divin macəralarından bəhs edir. Əsər məzəli, ekstravaqant və satirik janrda yazılıb və çox erudisiya, vulqarlıq və söz oyununu özündə ehtiva edir. Pentalogiya mütəmadi olaraq Uilyam Şekspir və Ceyms Coysun əsərləri ilə müqayisə edilir.[1][2][3]
Qarqantüa və Pantaqrüel | |
---|---|
fr. La vie très horrifique du grand Gargantua, père de Pantagruel | |
Müəllif | Fransua Rable |
Janrlar | fantaziya, satira |
Orijinalın dili | fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1534 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Rable poliqlot idi və bu əsərlə "fransız dilinə çox sayda yeni və çətin söz" daxil etmişdir.[4]