Fraxinus syriaca

Suriya göyrüşü (lat. Fraxinus syriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Suriya göyrüşü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Mərkəzi və Qərbi Asiyadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Düz, nazik gövdəlidir. Lələkvari yarpaqların uzunluğu 20 sm-dir. Yarpaqcıqları 9-11 ədəd olub, oturaqdır. Iti uclu, yumurtavari formalıdır. Çiçəkləri süpürgəvari çiçək qrupuna toplanmışdır. Dişi çiçəklərin dişicik ağzı tozcuğu götürməyə hazır olduqda erkək çiçəkləri hələ yetişmir. Ona görə mayalanma digər budaqlardan və ya digər ağaclardan olan tozcuqlarla baş verir. Meyvələri sentyabr-oktyabrda yetişir, ancaq qışda və ya erkən yazda torpağa düşür. Aprel-may aylarında çiçəkləyir, toxumları sentyabr ayında yetişir.

Məhsuldar torpaqlarda tez böyüyür, şaxtaya davamlıdır, bəzən yaz soyuqlarından əziyyət çəkir. 25-40 yaşından meyvə verir, 300 il yaşayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda rast gəlinir.

Yaşıllaşdırmada, park və bağların salınmasında istifadə olunur. Həşəratları cəlb etmək üçün onun çiçəklərində çiçək tacı vardır. Tərkibində çoxlu miqdarda yağ və zülallar olduğuna görə quşların və gəmiricilərin bir çox növləri tərəfindən qida kimi istifadə edilir.