Frederik Ferdinand Helsted

Frederik Ferdinand Helsted (18 mart 1809[1][2][…], Kopenhagen[4]11 dekabr 1875[3], Kopenhagen[4]) — Danimarka rəssamı və rəsm müəllimi.[5]

Frederik Ferdinand Helsted
Doğum tarixi 18 mart 1809(1809-03-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1875(1875-12-11)[3] (66 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
  • Danimarka Kral İncəsənət Akademiyası[d]
Janr portret
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, FlorensiyaRoma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir.

O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.[6]

Frederik Ferdinand Helsted 11 dekabr 1875-ci il tarixində, 66 yaşında Kopenhagen şəhərində vəfat etmişdir. O, Kopenagen şəhərində yerləşən Holmens qəbiristanlığında dəfn olunmuşdur.[7]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Helsted 1841-ci ildə Anna Kristiane Vilhemin Olsen (1815–1889) ilə evlənir. O, rəssam Aksel Helstedin (1847–1907) atasıdır.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]

Helsted çox sayda metaforik rəsm əsrləri çəkmişdir. Buna əlavə olaraq, o, litoqraflar üçün şablonlar hazırlamış və özü də litoqrafiya etmişdir. Helsted 1833-cü ildən 1849-cu ilə qədər Kopenhagen yaxınlıqlarında yerləşən Şarlottenborq sarayındakı, 1898-ci ildə Kral Teatrındakı və 1901-ci ildə Kopenhagen Bələdiyyə Binasındakı sərgilərdə ümumi olaraq, 53 rəsm əsəri ilə təmsil edilmişdir.

  • Klarnet ifa edən kor ağsaqqal (dan. En blind Olding spillkende Klarinet). 1836-cı il.
  • Minotaura qurban verilməkdən qaçmaq üçün mağarada sığınmış ana ilə qızı (dan. En moder med sin datter, som på flugt for ofringen til Minotaurus have søgt skjul i en hule). 1837-ci il.
  • İki gülü düyən uşaqlar (dan. To børn som binde blomster); . 1841-ci il.
  • Malotaran ilə quzu (dan. En hyrde med sit lam); study painted in Rome. 1845-ci il.
  • Kabil və Habil (dan. Kain and Abel). 1847-ci il.
  • Qumarbaz oğlan (dan. Dreng the spiller terre). 1847-ci il.
  • Uşaq kəllələri (dan. Kinderköpfchen).
  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Frederik Ferdinand Helsted (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 F.F. Helsted // Kunstindeks Danmark (dan.).
  4. 1 2 3 4 https://rkd.nl/explore/artists/37312.
  5. Helsted, Diveke. "F.F. Helsted". kulturarv.dk (danimarka). Kunstindeks Danmark & Weilbach Kunstnerleksikon. March 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2019.
  6. "Helsted, Frederik Ferdinand". runeberg.org (danimarka). Salmonsens konversationsleksikon. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2019.
  7. "Helsted, Carl Adolph, f. 1818". runeberg.org (danimarka). Dansk biografisk Lexikon. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 7, 2019.
  • Biography at the Dansk biografisk Lexikon (in Danish)
  • Carl Reitzel (Red.): Fortegnelse over Danske Kunstneres Arbeijder paa de ved det Kgl. Akademie for de skjønne Kunster i Aarene 1807–1882 afholdte Charlottenburg-Udstillinger. Samlet og udgivet af Carl Reitzel. Med en Indledning af Julius Lange. Thieles Bogtrykkeri, Kopenhagen 1883.
  • Hans Wolfgang Singer (Hrsg.): Allgemeines Künstlerlexikon. Leben und Werke der berühmtesten bildenden Künstler, vorbereitet von Hermann Alexander Müller. 5. Auflage. Band 5. Literarische Anstalt Rütten & Loening, Frankfurt / Main 1921.
  • Helsted, Frederik Ferdinand. In: Hans Vollmer (Hrsg.): Allgemeines Lexikon der Bildenden Künstler von der Antike bis zur Gegenwart. Begründet von Ulrich Thieme und Felix Becker. Band 16: Hansen–Heubach. E. A. Seemann, Leipzig 1923.
  • Frederik Ferdinand Helsted. In: Carl Frederik Bricka (Hrsg.): Dansk biografisk Lexikon. Tillige omfattende Norge for Tidsrummet 1537–1814. 1. Auflage. Band 7: I. Hansen–Holmsted. Gyldendalske Boghandels Forlag, Kopenhagen 1893, S. 310 (dänisch, runeberg.org).
  • Olaf Helsted: Slaegten Helsted. In: Personalhistorisk Tidsskrift, 6. Jg., 1941.
  • Weilbachs Kunstnerleksikon. Udgivet af en komite støtte af Carlsbergfondet. Redaktion: Merete Bodelsen og Povl Engelstoft. Tredje udgave. Aschehoug, København, Band 1 (1949); Band 3, Nachträge (1952). 4. Auflage: 1994–2000.
  • Emanuel Bénézit (Hrsg.): Dictionnaire Critique et Documentaire des Peintres, Sculpteurs, Dessinateurs et Graveurs de tous les temps et de tous les pays, Bd. 5, 1976.
  • Ines Geschwandtner: Helsted, Frederik Ferdinand. In: Hans Paffrath (Hrsg.): Lexikon der Düsseldorfer Malerschule 1819–1918. Band 2: Haach–Murtfeldt. Herausgegeben vom Kunstmuseum Düsseldorf im Ehrenhof und von der Galerie Paffrath. Bruckmann, München 1998, ISBN 3-7654-3010-2, S. 73–74 (Abb.: Bildnis Thorwaldsen).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]