18 mart — Qriqorian təqvimində ilin 79-cu günü.
Bu tarixdə ilin sonuna 286 gün (uzun ildə 287 gün) qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 6 mart tarixinə uyğun gəlir.[1]
- 1906 — Moisey Vaynşteyn, Azərbaycan bəstəkarı
- 1907 — Yakov Cuqaşvili, Sovet baş leytenantı
- 1919 — Mişel Arnaud, Fransa müğənnisi
- 1929 — Krista Volf, Almaniya yazıçısı
- 1931 — Əli Kərim, Azərbaycan şairi
- 1945 — Mübariz Zeynalov, Azərbaycan futbolçusu və baş məşqçisi
- 1952 — Salome Zurabişvili, Gürcüstan prezidenti
- 1959 — Lük Besson, Fransa kinorejissoru
- 1961 — Rafiq Nəsrəddinov, Azərbaycan baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı
- 1963 — Yoko Kanno, Yaponiya bəstəkarı
- 1968 — Temuri Ketsbaya, Gürcüstan futbolçusu və baş məşqçisi
- 1979 — Adam Levin, ABŞ müğənnisi
- 1989 — Min Si, Çin modeli