Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948[1]) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır.
Frenk Ebiqneyl | |
---|---|
ing. Frank William Abagnale, Jr. | |
Doğum tarixi | 27 aprel 1948[1] (76 yaş) |
Uşağı | 6 |
Fəaliyyəti | sahibkar, kino aktyoru, iş adamı |
Fəaliyyət illəri | 1963-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb.
Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar. 14 yaşı olarkən isə onlar rəsmi olaraq boşanıblar. Onun atasının maliyyə vəziyyəti yaxşı olub və hər zaman teatrla siyasətə maraq göstərib. Frenk Ebiqneyl Senior oğlu üçün vacib təsir mənbəyi olub.