Frensis Volley

Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır.

Frensis Volley evi
Francis J. Woolley House
Xəritə
41°53′35″ şm. e. 87°48′04″ q. u.HGYO
Ölkə
Yerləşir illinoys ştatı
Memar Frank Lloyd Rayt
Tikilmə tarixi 1893
Üslubu İncəsənət və sənətkarlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı[2].

Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir[2]. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir[2][3]. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır[2]. Evin cənub-şərq hissəsində çoxbucaqlı pəncərələr var və aparılan bərpa işləri sayəsində təməlin kobud daş divarları həmişəkindən daha da möhkəmlənmişdir. Evin üfüqi taxta örtüyü də bərpa edilmişdir.

Volley evi Robert P. Parkerin evinə bitişik, öz növbəsində Tomas Qayl evinin yanındadır. Evlərin üslubu Volley evini yaxından əks etdirən evlərdir. Volley evi çox vaxt Parkerin evi və Qaylin evini əhatə edən eyniadlı evlərin bir hissəsi hesab olunur. Frank Lloyd Raytın Valter Qayl evi ilə birlikdə olan bu evləri memar Luis Sullivan və Dankmar Adler ilə razılığını pozaraq dizayn etdiyi üçün Raytın "çəkmə evləri" kimi tanınmışdır[4].

Evdə bir sıra təmir işləri görülmüşdür. Frensis Volley evi 1995-ci ildə əhəmiyyətli dərəcədə modern üslubda təmir edilmişdir. Təəssüf ki, evin bir çox memarlıq qəlibləri, qapı və xüsusiyyətləri də dəyişdirilmişdir. Mövcud sahiblər evin xarici görünüşünü orijinal vəziyyətinə qaytarmışdılar. Daxili dizayn orijinal planlara əsaslanaraq tam bərpa olunmuşdur[2].

Frank Lloyd Raytın Oak Parkdakı işlərinə dair bu nümunə, yerli və federal tarixi bir bölgə olan Frank Lloyd Rayt Preri Memarlıq Məktəbinin tarixi bölgəsi olaraq qəbul edilmiş, 4 dekabr 1973-cü ildə ABŞ-nin tarixi yerlərin milli reyestrinə əlavə edilmişdir.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. 1 2 3 4 5 O'Gorman, Thomas J. Frank Lloyd Wright's Chicago. Thunder Bay Press,. 2004. səh. 54-55. ISBN 1-59223-127-6..
  3. PAUL GOLDBERGER. "WRIGHT'S OLD NEIGHBORHOOD" (İngilis). www.nytimes.com. 3 mart 1996. 2019-06-20 tarixində arxivləşdirilib.
  4. Heinz, Thomas A. The Vision of Frank Lloyd Wright,. Chartwell Books. 2006. səh. 55. ISBN 0-7858-2145-7..