Frensistaun

Frensistaun (ing. Francistown) — Botsvananın ikinci iri şəhəri. Əhalisi 2011-ci ildə 100 minə çatan şəhər ölkə paytaxtı Qaboronedən 450 km aralı yerləşir. Frensistaun — Şimal-Şərqi distriktin inzibati mərkəzidir. Əsas iqtisadiyyat sahəsi əlvan metallurgiyadır: mis, nikel, kobalt. Burada həmçinin kənd təsərrüfat xammalını emal edən müəssisələr var. Mühüm nəqliyyət qovşaqıdır (dəmir yol stansiyası və beynəlxalq hava limanı).