Friş Elastikliyi

Əmək Təklifinin Friş Elastikliyi iqtisadiyyatda ən mühüm struktur parametrlərdən biridir (Prescot (1986)). Makroiqtisadiyyatda istifadə edilən dinamik ümumi tarazlıq modellərində, endogen dəyişənlərin şoklara qarşı cavabları əsasən Friş elastikliyindən asılıdır.

Raqnar Frişdən sonra adlandırılan, əmək təklifinin Friş elastikliyi istehlakın marjinal faydalılığını sabit olduğunu zənn edərək işləmə saatlarının əmək haqqına olan elastikliyidir. Başqa sözlə, Friş elastikliyi əmək haqqı dərəcəsində (həddində) dəyişmələrin əvəzedilmə effektini ölçür.[1]

Friş elastikliyi, agentin standart dinamik modellərdən törəyən zamanlarası fayda maksimallaşdırma problemini həll edən zamanlarası əmək təklifi elastikliyidir. Friş elastikliyi həyat-tsikli modelinə əsaslanır. Həyat-tsikli modelinə görə, agent bir biznes tsikli ərzində əmək təklifindəki baş verən dəyişmələr müxtəlif şoklardan (bunlar, daimi və ya gözlənilən əmək haqlarının faktiki əmək haqqından kənarlaşmalardır) irəli gələrək müvəqqəti əmək haqlarındakı dəyişmələr səbəbi ilə baş verir. Friş elastikliyi insanların müvəqqəti əmək haqlarındakı dəyişmələr səbəbi ilə əmək təklifindəki dəyişmənin dərəcəsini göstərir.

  1. Heer, Burkhard; Alfred Maussner (2005) (in English). Dynamic General Equilibrium Modelling. Springer. pp. 192.