Frontirçilər (ing. frontiersmen, ing. frontierswomen) — məskunlaşmış və məskunlaşmamış torpaqlar arasındakı frontirdə yaşayan insanlar. Burada frontir sivilizasiya ilə naməlum çöllük arasında bir yer hesab olunurdu.[1] Frontirçilər tez-tez torpağı təmizləyir, sığınacaqlar tikir, uşaq böyüdür, məhsul yetişdirirdilər.[2] Ovçuluq və heyvanların tutulması ətin əsas mənbələri idi.[3] Heyvanların xəzlərindən və dərilərindən paltar hazırlanırdı. Tanınmış Amerika frontirçiləri arasında Devi Krokett, Deniel Bun və Kit Karson var.[4] ABŞ, Kanada və Avstraliya çoxlu sayda frontirçilərin tapıldığı ölkələrdir.