Fuad İsmayılov (26 aprel 1968, Bakı – 23 fevral 2011) — Azərbaycan diplomatı.
Fuad İsmayılov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (42 yaşında) |
Təhsili |
Fuad İsmayılov 1968-ci il aprelin 26-da Bakı şəhərində doğulub.
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Prezident Adminstrasiyasında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb. 2005-ci ildə Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fuad İsmayılov həmçinin Azərbaycanın ATƏT-də, bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsi, Slovakiya və Sloveniyada səfiri olub.
2011-ci ildə vəfat edib.[1]
Fuad İsmayılovun vəfatından sonra, həyat yoldaşı 2013-cü ilin martında Cavid Qurbanov ilə ailə həyatı qurub.[2]