Fuad Qafarov (şəhid)

Fuad Fərhad oğlu Qafarov (d. 1988; Xaçmaz, Azərbaycan - ö. 11 fevral 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Fuad Qafarov
Fuad Fərhad oğlu Qafarov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xaçmaz, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

Fuad Qafarov 1988-ci ildə Xaçmaz rayonunun Niyazoba kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Kiçik çavuş Fuad Qafarov 2017-ci ildə, fevralın 11-i axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Fevralın 12-si isə Fuad Qafarov doğulduğu Xaçmaz rayonunun Niyazoba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qafarov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

İstinadlar[redaktə | mənbəni redaktə et]