Fuad Məmmədəmin oğlu Salayev (24 sentyabr 1943, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki (2009), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Fuad Salayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fuad Salalev 1943-cü ildə Bakı şəhərində anadan olub[1]. Fuad Salayev təlsilini ilk öncə Ə.Əzimzdə adına rəssamlıq məktəbində sonra isə İ.Surikov adına Dövlət rəssamlıq məktəbində almışdır.Almaniya və Yuqoslaviyada keçirilən heykəltaraşlıq üzrə beynəlxalq simpoziumlarının , həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısı olmuşdur.Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər matriallardan istifadə edir.
Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayevə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib.
Ekspozisiyada rəssamın "Simvol ilə maili qüllə" (bürünc) "Şaquli"(bürünc), "Fəza kompozisiyası" (bürünc) işləri nümayiş olunur.